Mərkəzi Bank sığorta sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Mərkəzi Bank maliyyə sektorunda peşəkar kadr hazırlığının gücləndirilməsi istiqamətində beynəlxalq əməkdaşlığını genişləndirir.
“Yeni Sabah” xəbər verir ki, bu məqsədlə Mərkəzi Bank ilə Böyük Britaniyanın “Chartered Insurance Institute” (CII) arasında strateji əməkdaşlığın qurulması ilə bağlı mühüm addım atılıb.
Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti CII-nin baş icraçı direktoru Metyu Hil ilə görüş keçirib. Tərəflər sığorta və maliyyə xidmətləri sahəsində insan kapitalının inkişafı, Azərbaycanda beynəlxalq standartlara uyğun tədris imkanlarının yaradılması və ölkənin regional təlim mərkəzinə çevrilməsi perspektivlərini müzakirə ediblər. Sezar pizza
Görüşün nəticəsi olaraq, institutun professor və ekspertlərinin iştirakı ilə Azərbaycanda beynəlxalq səviyyəli tədris proqramlarının həyata keçirilməsi barədə ilkin razılıq əldə olunub.
Bildirilib ki, proqram sığorta və maliyyə sektorunda çalışan mütəxəssislər, eləcə də bu sahədə karyera qurmaq istəyən şəxslər üçün peşəkar təhsil imkanları yaradacaq. Təlimlər risklərin idarə olunması və sığorta sahəsində beynəlxalq standartlara əsaslanacaq, ölkənin əmək bazarı üçün yüksək ixtisaslı kadrların hazırlanmasına töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 20 İyul 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















