Mərkəzi Bank üç vəzifəli şəxsi cərimələyib
Oxu.az-dan verilən məlumata görə, Icma.az xəbər edir Mərkəzi Bank üç vəzifəli şəxsi cərimələyib.
Azərbaycan Mərkəzi Bankı (AMB) "BOKT AZPUL", "PARA BOKT" və "MJ Financial Services BOKT" təşkilatlarının vəzifəli şəxslərini cərimə edib.
Oxu.Az bu barədə AMB-yə istinadən xəbər verir.
Bildirilib ki, AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, "PARA" Bank olmayan kredit təşkilatı ASC-nin vəzifəli şəxsi 2 min manat, "MJ Financial Services Bank olmayan kredit təşkilatı" ASC-nin vəzifəli şəxsi 1 500 manat, Bank olmayan kredit təşkilatı "AZPUL" MMC-nin vəzifəli şəxsi 6 min manat məbləğində cərimə edilib.
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)