Mərkəzi Bank yaşıl kreditlərlə bağlı sənədi təsdiq edib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mərkəzi Bankın İdarə Heyəti "Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat”ı təsdiq edib.
Bu barədə "APA-Economics"ə AMB-dən bildirilib. Qeyd edilib ki, təlimatın əsas məqsədi yaşıl və dayanıqlılıqla əlaqəli kreditləşmənin formalaşdırılmasını və təşviqini təmin etməkdir. Təlimat beynəlxalq maliyyə bazarlarında geniş istifadə olunan “Green Loan Principles“ və “Sustainability-Linked Loan Principles” nəzərə alınmaqla hazırlanıb. Sənəd yaşıl və dayanıqlılıqla əlaqəli kreditlərin verilməsi üzrə kredit təşkilatları üçün tövsiyələri müəyyən edir.
Təlimat kredit təşkilatlarının yaşıl və dayanıqlılıqla əlaqəli kredit portfelinin idarə edilməsi ilə bağlı daxili siyasət və qaydalarının hazırlanması və bütövlükdə idarəetmə çərçivəsinin müəyyənləşdirilməsi üzrə tövsiyələri əhatə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 19 Fevral 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















