Mərkəzi Bankdan yeni qərar: kredit faizləri azalacaq? AÇIQLAMA
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın uçot dərəcəsini sabit saxlayacağı gözlənilən idi. Çünki bir tərəfdən inflyasiya səviyyəsi Mərkəzi Bankın hədəf qiymət diapazonunda dəyişir, digər tərəfdən isə başqa faktorlar və xüsusən də valyuta bazarında stabillik, makroiqtisadi stabilliyin qorunması da müşahidə olunur: “Bu ondan xəbər verir ki, Mərkəzi Bank tərəfindən mövcud valyuta-pul siyasəti davam etdiriləcək”.
Deputatın fikrincə, ən vacib məqamlardan biri Mərkəzi Bankın uçot dərəcəsinin kredit faizləri daxil olmaqla, xüsusən bank sektorunda digər məhsullara təsir imkanlarının artırılmasıdır:
“Hələlik Mərkəzi Bankın uçot dərəcəsinin xüsusən kredit faizlərinə təsir imkanları yüksək deyil. Mərkəzi Bank tərəfindən xüsusən də bu alətdən daha yaxından istifadə olunması və kredit faizlərini optimallaşdırması, eləcə də kredit faizlərinin azaldılması istiqamətində fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var”.
“Təbii ki, uçot dərəcəsinin qorunub saxlanması növbəti mərhələdə bankların daha aşağı və ya ucuz maliyyə resurslarını cəlb etməsinin davam etməsi anlamına gəlir. Bu baxımdan da digər alətlərlə dəstəklənərsə, uçot dərəcəsi növbəti mərhələdə həm də kredit faizlərinin aşağı düşməsinə gətirib çıxara bilər”, - deputat əlavə edib.
Baxış sayı:118
Bu xəbər 31 İyul 2026 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















