Icma.az
close
up
RU
Mərkəzi Bankın Maliyyə Sabitliyi Hesabatı

Mərkəzi Bankın Maliyyə Sabitliyi Hesabatı

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Mərkəzi Bankında (AMB) 2026-cı ilin birinci yarısının yekunlarına dair Maliyyə Sabitliyi Hesabatının təqdimatına həsr olunan mətbuat konfransı keçirilib. Tədbirdə bank sektorunda kredit riskləri, daşınmaz əmlakın icbari sığortası, kartdan-karta pul köçürmələrinə tətbiq olunan limitlər və kreditlər üzrə işsizlik riskinin sığortalanması imkanları ilə bağlı məsələlərə aydınlıq gətirilib.

AMB-nin baş direktoru Şahin Mahmudzadə bildirib ki, Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmində müəyyən artım müşahidə olunsa da, mövcud vəziyyət sistem xarakterli risk kimi qiymətləndirilmir.

Onun sözlərinə görə, bank sektorunda qeyri-işlək kreditlərin ümumi kredit portfelində payı təxminən 3 faiz təşkil edir. Bu göstərici tarixi minimum səviyyəyə yaxın olmaqla yanaşı, beynəlxalq müqayisədə də aşağı hesab olunur.

Ş.Mahmudzadə qeyd edib ki, vaxtı keçmiş kreditlərin həcmindəki artım bütün bankları əhatə etmir və ayrı-ayrı maliyyə institutlarında qeydə alınır. Eyni zamanda, bankların mümkün kredit itkilərini qarşılamaq üçün formalaşdırdıqları ehtiyatların kifayət qədər yüksək olduğu vurğulanıb. Mərkəzi Bank kredit portfellərindəki riskləri və həmin risklərin qarşılanması üçün yaradılan ehtiyatların adekvatlığını izləməyi davam etdirir.

Mətbuat konfransında daşınmaz əmlakın icbari sığortası sahəsində nəzərdə tutulan dəyişikliklər də müzakirə olunub. AMB-nin baş direktoru Vüsal Qurbanov bildirib ki, bu sahə ilə bağlı hazırlanmış qanunvericilik layihəsi aidiyyəti dövlət qurumlarına təqdim edilib. Onun sözlərinə görə, layihənin əsas məqsədi sığorta məbləğlərinin daha adekvat müəyyənləşdirilməsi və sığorta təminatının təkmilləşdirilməsidir. Yeni tənzimləmələrin daşınmaz əmlakın dəyərinin daha düzgün qiymətləndirilməsinə, sığorta hadisəsi baş verdikdə isə təzminatın əmlakın real dəyərinə uyğun ödənilməsinə xidmət etməsi nəzərdə tutulur.

Kartdan-karta pul köçürmələri zamanı tətbiq edilən gündəlik əməliyyat limitləri ilə bağlı suala cavab verən Ş.Mahmudzadə bildirib ki, bu limitlər bankların özləri tərəfindən müəyyənləşdirilir. O qeyd edib ki, Mərkəzi Bankın əsas tələbi bankların şübhəli və riskli əməliyyatları aşkarlaması, terrorçuluğun maliyyələşdirilməsinin, qanunsuz qumar fəaliyyətinin və digər qanunsuz maliyyə əməliyyatlarının qarşısını almasıdır. Banklar müştərilərin gündəlik əməliyyatlarını və pul köçürmələrinin xarakterini nəzərə alaraq daxili limitlər tətbiq edirlər.

AMB rəsmisi vurğulayıb ki, bir müştərinin gün ərzində beş və ya daha çox pul köçürməsi qəbul etməsi avtomatik olaraq qanunsuz əməliyyat kimi qiymətləndirilmir. Müəyyən edilmiş limitləri aşan müştərilər banka müraciət edə bilərlər. Əlavə araşdırma nəticəsində əməliyyatların qanuni olduğu təsdiqlənərsə, bank köçürmələrin həyata keçirilməsinə imkan yarada bilər.

Ş.Mahmudzadənin sözlərinə görə, bu məhdudiyyətlərin məqsədi vətəndaşların pul köçürmələrini çətinləşdirmək deyil, maliyyə sistemində riskli və qanunsuz əməliyyatların qarşısını almaqdır.

Mətbuat konfransında kreditlər üzrə işsizlik riskinin sığortalanması mexanizmi ilə bağlı gözləntilər də diqqətə çatdırılıb.

Ş.Mahmudzadə bildirib ki, belə bir mexanizmin tətbiqi müəyyən kredit seqmentlərində faiz dərəcələrinin və kreditlərin ümumi dəyərinin azalmasına şərait yarada bilər.

O qeyd edib ki, nəzərdə tutulan mexanizm dövlətin işsizlikdən sığorta sistemi ilə əlaqəli olmayacaq və özəl sığorta şirkətləri vasitəsilə həyata keçiriləcək. Kredit üzrə işsizlik riskinin sığorta şirkətinə ötürülməsi bankların üzləşdiyi riskləri azalda, kapital tələblərinin yüngülləşdirilməsinə və kreditləşmə imkanlarının genişlənməsinə imkan yarada bilər.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Oktyabr 2026 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see326

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see317

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see307

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see293

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see291

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see259

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see249

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see247

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see229

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see227

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see226

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see224

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see213

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see210

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see209

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see194

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see184

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see167

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see167

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri