Icma.az
close
up
RU
Mərkəzi Bankın mətbuat konfransı keçirilir YENİLƏNİR

Mərkəzi Bankın mətbuat konfransı keçirilir YENİLƏNİR

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb". SİA-nın verdiyi məlumata görə, faiz dəhlizi ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, qlobal iqtisadiyyatda və maliyyə bazarlarındakı vəziyyət, ölkədaxili makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.

Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalmaqda davam edib. Belə ki, 2025-ci ilin mart ayında 12 aylıq inflyasiya 5.9% olub ki, bu da inflyasiya proqnozuna uyğun dinamikadır. Bu dövrdə illik qiymət artımı ərzaq malları üzrə 6.5%, qeyri-ərzaq malları üzrə 2.8%, xidmətlər üzrə isə 7.5% təşkil edib. İllik baza inflyasiya isə 4.5% olub.

Son aylarda inflyasiyaya təsir edən xarici amillərdə dəyişkənlik artıb. Beynəlxalq Valyuta Fondunun məlumatına görə 2025-ci ilin martında əmtəə qiymətləri indeksi aylıq 2.7% azalıb, illik isə 2.6% artıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin martında ötən ilin eyni ayına nəzərən 9.6% olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin mart ayında ötən ilin eyni ayı ilə müqayisədə 1.8% möhkəmlənib.

Xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Dövlət Gömrük Komitəsinin məlumatına görə 2025-ci ilin I rübündə xarici ticarət balansında müsbət saldo qeydə alınıb. Son qiymətləndirmələrə görə də 2025-ci ilin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı proqnozlaşdırılır.

Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Qısamüddətli pul bazarında orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində hərəkət edir. Banklararası pul bazarındakı faizləri tənzimləmək üçün daimi imkan alətləri ilə yanaşı cari ilin ötən dövründə müntəzəm şəkildə 1 həftəlik REPO və əks-REPO əməliyyatları da aparılıb. 1D AZIR indeksinin orta günlük səviyyəsi aprelin ilk ongünlüyündə 7.68%, 2-ci ongünlüyündə isə 7.21% olub. 11 aprel tarixində Maliyyə Nazirliyi tərəfindən vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının depozit formasında sistem əhəmiyyətli banklarda yerləşdirilməsi üzrə hərracın keçirilməsi bank sisteminin likvidlik mövqeyinə artırıcı, 1D AZIR indeksinə isə azaldıcı təsir göstərib.

Ötən iclasdan bəri inflyasiyanın risk balansında dəyişikliklər əsasən xarici mühitlə əlaqədardır. Ticarət müharibələrinin miqyasının böyüməsi və geosiyasi gərginliyin davam etməsi beynəlxalq əmtəə bazarlarında qiymətlərin dəyişkənliyini daha da artırır. Qarşılıqlı tarif artımları qlobal ticarəti zəiflətməklə yanaşı maliyyə bazarlarında da qeyri-sabitlik riskini yüksəldir. İnflyasiyanı artıra biləcək daxili risk faktorları kimi isə xərc amilləri və məcmu tələbin izafi artımı qeyd oluna bilər. Həmçinin kredit aktivliyinin qiymət sabitliyinə mümkün təsirləri daim diqqətdə saxlanılır. Ümumilikdə, 2025-2026-cı illər üzrə inflyasiya proqnozlarında daxili amillərin payı aşağı qiymətləndirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Aprel 2025 11:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri