Mərkəzi Bankın proqnozu özünü doğrultmadı Nə baş verəcək?
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, ötən ay Azərbaycanda inflyasiya səviyyəsi 6,3% olub.
Yeniavaz.com xəbər verir ki, bu, 19 aydan sonra qeydə alınan ən yüksək göstəricidir.
Qeyd edək ki, inflyasiya səviyyəsi sonuncu dəfə 2023-cü ilin avqust ayında bu göstəricidən yüksək olub.
Məlumat üçün onu da bildirək ki, təxminən 20 gün əvvəl Mərkəzi Bank uçot faiz dərəcəsi ilə bağlı sonuncu qərarını açıqlayıb.
Həmin qərarda uçot faiz dərəcəsinin dəyişdirilməyərək əvvəlki (7,25%) səviyyədə saxlanılmasının səbəbi kimi inflyasiyanın 6%-dən aşağı olması göstərilib.
Mərkəzi Bankın qərarında bildirilirdi ki, mövcud siyasət çərçivəsində baza ssenari üzrə 2025-ci və 2026-cı illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu dəyişməz qalır.
Qeyd olunurdu ki, 2025-ci ilin aprel ayında yenilənən proqnozlara görə illik inflyasiyanın cari ildə 5,3%, 2026-cı ildə isə 4,3% ətrafında olacağı gözlənilir.
Açıqlanan məlumatlardan da göründüyü kimi, Mərkəzi Bankın illik inflyasiya ilə bağlı proqnozu özünü doğrultmayıb və bu da onu deməyə əsas verir ki, gələn ay uçot faiz dərəcəsində dəyişikliyə gedilə bilər.
Elnur Əli
Baxış sayı:106
Bu xəbər 14 May 2025 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















