Icma.az
close
up
RU
​Mərkəzi Bankın sədrindən manatın məzənnəsi barədə mühüm açıqlama

​Mərkəzi Bankın sədrindən manatın məzənnəsi barədə mühüm açıqlama

Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mərkəzi Bankın sədri Taleh Kazımovun sözlərinə görə, yaxın vaxtlarda Azərbaycanda manatın xarici valyutalar qarşısında məzənnəsinin dəyişməsi gözlənilmir.

Metbuat.az Baku.tv-yə istinadən xəbər verir ki, o bildirib ki, dünya bazarında neftin orta qiyməti 64-65 ABŞ dolları olsa, bu, həm cari əməliyyatlar balansı, həm də dövlət büdcəsinin xərcləri nöqteyi-nəzərindən məqbuldur.Bu məsələ ölkənin tədiyə balansı üzrə ehtiyat aktivlərinin vəziyyətini aktuallaşdırır. Ehtiyat aktivlər ölkənin strateji valyuta ehtiyatlarının artıb-azalmasını ifadə edir. Tədiyə balansı ilə bağlı ən son məlumat 2025-ci ilin 9 ayını əhatə edir. Həmin dövrdə sözügedən ehtiyat aktivlərdə 1 milyard 125 milyon ABŞ dolları məbləğində kəsir qeydə alınıb.

Xarici valyutanın qızıl alışına yönəldilməsi, həmçinin bu qiymətli metalın bahalaşması fonunda ölkənin valyuta aktivləri artır. Təsadüfi deyil ki, 2025-ci ildə Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 14 milyard dollar artaraq 85,1 milyard dollara çatıb.

İqtisadçı Xalid Kərimli Baku TV-yə bildirir ki, manatın məzənnəsi ABŞ dollarına uyğunlaşdırıldığı üçün dolların digər valyutalara qarşı dəyərində baş verən dəyişikliklər Azərbaycanın milli valyutasına da təsir göstərir.

"Neft Fondunun ehtiyatlarına gəlincə isə ötən il Azərbaycanda neft satışından, eləcə də neft və qazdan əldə olunan dollar gəlirləri əvvəlki maksimal dövrlərlə müqayisədə daha aşağı olub. Bu göstəricilər nə 2010-cu illərdəki neft bumu dövrü, nə də 2021-2022-ci illərdə neft və qaz qiymətlərinin kəskin artdığı mərhələdəki səviyyədədir. Hazırkı ehtiyatlar əvvəlki dövrlərlə müqayisədə daha az olsa da, ümumilikdə kifayət qədər etibarlı hesab olunur", - deyə o bildirib.

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar, təbii qazın 1 000 kubmetri isə 440 dollar nəzərdə tutulub. Mərkəzi Bank isə 2026-cı ildə neftin bir barelinin orta qiymətinin 64 dollar, qazın 1 000 kubmetrinin isə 269 dollar olacağını proqnozlaşdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 06 Fevral 2026 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see392

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see368

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see365

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see283

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see273

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see272

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see271

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see263

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see255

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see254

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see240

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see233

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see231

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see230

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see229

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see228

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see227

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see226

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see222

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri