Icma.az
close
up
RU
Mərkəzi Bankın sözü və gerçəyin özü

Mərkəzi Bankın sözü və gerçəyin özü

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Mərkəzi Bankın sədri Taleh Kazımov camaatın "yastığının altına" baxıb. Deyib ki, əhali "yastıq altında" təxminən 10 milyard dollara yaxın pul saxlayır.

O hələ az deyib; başqa təxminlərə görə, ölkədə "yastıq altında" 15-16 milyard dollar var. Taleh Kazımov bunu "ölü kapital" adlandırıb və dediyindən belə çıxır ki, o pullar iqtisadiyyatadaxil olsa, olacaq diri kapital.

Mərkəzi Bankın sədri əhaliyə çağırış edib, yığımların banklara, bazara, yaxud investisiya vəsitlərinə yönəldilməsini məsləhət bilib.

Əslində Mərkəzi Bankın sədri düz deyir; insanlar artıq pulları, yığımlarını evlərdə saxlamaq əvəzinə iqtisadiyyata, dövriyyəyə daxil etsələr, yaxşı olar. İqtisadiyyat da yeni sərmayə əldə edər, yeni iş yerləri açılar, insanların qazancı artar. Evdə yatan kapital heç nəyə yaramır, heç bir real iqtisadi münasibətlərdə heç bir formada iştirak etmir, yeni dəyər yaradılmsına xidmət göstərmir. Bu da iqtisadiyyatı daxili sərmayələrdən ən azı bir hissədə məhrum edir. Odur ki, Mərkəzi Bankın sədri ilə tam razıyam.

Bəs əhali bu pulları dövriyyədən niyə gizlədir?

Taleh Kazımov bu sualın yanından keçib. Ən birinci elə bu suala cavab tapmaq axtarmaq lazımdır. Əslinə qalsa, heç o axtarmağa da lüzum yoxdur; cavab gözlərimizin önündədir. Bir ölkənin iqtisadiyyatında inhisarçılıq ifrat dərəcədədirsə, azad biznes rəqabəti yoxdursa, normal investisiya mühiti formalaşdırılmayıbsa, o zaman adamlar öz yığımlarını sərmayə kimi yatırmayacaqlar. Başqa sözlə, həmin o 10-15 milyard dollar, Taleh Kazımovun işarə etdiyi"byastığın altından çıxmayacaq. Əgər, doğrudan da, Azərbaycan əhalisinin yastığının altında 10-15 milyad dollar varsa, onu heç bir çağırışla, dəvətlə, xahiş-minnətlə, yaxud zorla " yastığın" altından çıxarıb dövriyyəyə qaytarmaq mümkün deyil. Sərmayə azadlıqlara söykənən sabitliyi sevir. Odur ki, Mərkəzi Bank sözlə, bəyanatla kifayətlənməyib, əməli işə keçməlidir. Yoxsa Taleh Kazımovun da sözü elə söz olaraq qalacaq.

Seyid Əhmədli, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:208
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Dekabr 2025 19:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri