Mərkəzi Bankın valyuta ehtiyatları 3 aylıq idxaldan 2 dəfə çoxdur
2024-cü ilin noyabr ayının sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 10.9 mlrd. dollar təşkil edib.
Teleqraf.com Mərkəzi Banka istinadən xəbər verir ki, bu beynəlxalq səviyyədə qəbul olunmuş müvafiq kifayətlilik normalarını əhəmiyyətli dərəcədə üstələyir.
Mərkəzi Bankın valyuta ehtiyatlarının cari səviyyəsi 3 aylıq mal və xidmət idxalından 2 dəfə çoxdur.
Nəzərə çatdıraq ki, Mərkəzi Bank paralel olaraq birdəfəlik dövlət xərclərini qarşılamaq üçün 2023-cü ildə daxili bazardan aldığı xarici valyuta hesabına 2024-cü ilin noyabr ayında da planlı şəkildə valyuta satışı həyata keçirib.
Baxış sayı:85
Mənbə:https://teleqraf.com