Icma.az
close
up
RU
Mərkəzi Elmi Kitabxanada “Elsevier” nəşriyyatının elmi məlumat bazasının təqdimatı keçirilib

Mərkəzi Elmi Kitabxanada “Elsevier” nəşriyyatının elmi məlumat bazasının təqdimatı keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 29 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) dünyanın aparıcı elmi nəşriyyat və informasiya təchizatçılarından biri olan “Informascope” şirkətinin Türkiyədə elektron bazalar üzrə satış müdiri Ümid Yonterlə görüş keçirilib.

MEK-dən AZƏRTAC-a bildirilib ki, görüşdə alim və mütəxəssislər üçün dəyərli informasiya mənbəyi olan “ScienceDirect” bazasının imkanları və digər beynəlxalq bazalarla müqayisədə üstünlükləri müzakirə olunub.

Mərkəzi Elmi Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov çıxışında Azərbaycan alimlərinin elmi nəticələrinin beynəlxalq elmi ictimaiyyətə çıxarılması baxımından elmmetrik və tammətnli elmi məlumat bazalarla əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, Ankara və İstanbula ezamiyyəti zamanı yaradılan əlaqələrin nəticəsi olaraq “Informascope” nümayəndəsinin Bakıya dəvət edildiyini bildirib.

Direktor, həmçinin MEK-də elektron kataloqların inkişafı və AMEA-nın institutlarında beynəlxalq miqyasda istifadə olunan “Koha” Kitabxana İnformasiya İdarəetmə Sisteminin tətbiqi perspektivlərindən bəhs edib.

Daha sonra “Elsevier” nəşr evinin təmsilçisi Ümid Yonter təqdimatla çıxış edib. O, “ScienceDirect” bazasının abunəlik şərtləri, funksionallığı və təqdim etdiyi resurslar barədə ətraflı məlumat verib. Bildirilib ki, “Elsevier” ötən il 720 min məqalə dərc edib. Bu, qlobal elmi məqalələrin 17 faizdən çoxunu və sitatların 29 faizini təşkil edir. Bazada, həmçinin 50 minə yaxın elektron kitab yer alır. Şirkət 180-dən çox ölkədə akademik və hökumət institutlarına, tədqiqat mərkəzlərinə, səhiyyə qurumlarına və tələbələrə xidmət göstərir. Bazada, o cümlədən ən son səhiyyə məlumatları və anlayışlarına dair 1700 klinik icmal və 99000 tibbi video yer alıb.

Görüş zamanı “ScienceDirect” bazasında effektiv axtarış və təhlil üsulları nümayiş etdirilib, platformanın yeni süni intellekt modulu təqdim olunub və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR işçilərinə mükafat – Rəsmi əmr FOTO

15 Sentyabr 2025 18:42see5577

İsrailin addımları artıq bütün dünyada narahatlıq yaradıb ŞƏRH

15 Sentyabr 2025 19:52see372

Alvarezlə Kroufordun döyüşü tarixə düşüb

15 Sentyabr 2025 00:08see266

Hindistanda qəzaya uğrayan təyyarədə sağ qalan yeganə şəxs evinə qayıda bilmir

15 Sentyabr 2025 20:51see169

TƏHSİLƏ GÖRƏ NARAHAT OLMAYIN: heç nə yaxşı olmayacaq

15 Sentyabr 2025 23:28see159

Xankəndidə erməni təxribata belə HAZIRLAŞIB VİDEO

15 Sentyabr 2025 00:52see143

Qızılın qiyməti tarixi maksimumu yeniləyib

15 Sentyabr 2025 21:39see143

Operanın sərhədlərini aşan, ifası ilə insanlıq dərsi verən tenor Luçano Pavarotti

15 Sentyabr 2025 02:00see137

Ramzan Kadırovun 17 yaşlı oğlunun yarım milyon dollarlıq saatı gündəm oldu

16 Sentyabr 2025 03:45see136

Geosiyasətin cinayət yolu...

15 Sentyabr 2025 13:28see135

İsrail ordusu Nəbatiyəni vurdu: Hədəf...

15 Sentyabr 2025 23:45see132

Mehinin toyu olacaq

15 Sentyabr 2025 21:33see127

20 min dollarlıq analıq: Təklifi qəbul etsəniz...

15 Sentyabr 2025 18:12see126

Fələstinlilər kütləvi şəkildə Qəzzanı TƏRK EDİRLƏR

16 Sentyabr 2025 00:17see124

Təəssüf: Türkiyə yığması qitə çempionu ola bilmədi

15 Sentyabr 2025 00:04see124

Premyer Liqa: Mançester Siti dən rahat qələbə

15 Sentyabr 2025 00:54see123

“İsrail regional təhlükəsizliyə birbaşa təhdiddir” BMT yə üzvlüyünün dondurulması tələb edildi

15 Sentyabr 2025 21:27see120

Ukraynalı səfir infarkt keçirdi

14 Sentyabr 2025 21:34see120

Samir Abasov: “Bu işi davam etdirəcəyik”

14 Sentyabr 2025 21:40see115

Qvardiolanın taktikası, Flikin heyəti idarə etməsi, Kloppun ünsiyyəti və Naqelsmannın geyim tərzi ideal məşqçi təsviri

16 Sentyabr 2025 00:02see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri