Mərkəzi Elmi Kitabxanada Mustafa Şabanovun kitabları təqdim edilib
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xarici İşlər Nazirliyinin birinci katibi Mustafa Şabanovun “Gəncə xanlığı: sikkə zərbi və pul sistemi” və “Azərbaycan irsi UNESCO siyahılarında / Azerbaijan's Heritage on UNESCO Lists” kitablarının təqdimatı keçirilib. Kitablar UNESCO üzrə Azərbaycan Milli Komissiyasının dəstəyi və AMEA ilə əməkdaşlıq çərçivəsində nəşr edilib.
525.az xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək “Gəncə Xanlığı: sikkə zərbi və pul sistemi” kitabının Azərbaycan numizmatikası sahəsində mühüm tədqiqat əsəri olduğunu bildirib.
“Gəncə xanlığının sikkə zərbinə və pul dövriyyəsinə həsr olunan bu kitab numizmatika sahəsindəki boşluğu dolduran bir nəşrdir. Numizmatika sahəsində Əli Rəcəblinin məşhur kitabları var. İndi bu sahədə çalışan mütəxəssislərin sayı çox azdır. Biz bunu qorumalı, inkişaf etdirməliyik. Bu, aktual məsələdir. Lakin tədqiqatçıların sayı azdır. Bu günün ən böyük çağırışı yeni nəsil numizmatlar yetişdirməkdən ibarətdir.
Numizmatika ilk növbədə pul tədavülü və iqtisadiyyatdır. Amma numizmatika həm də dövlətçilikdir. Harada pul kəsilibsə, orada dövlət var. Həmin pulun qızıldan, gümüşdən, misdən hazırlanması dövlətin gücünü, iqtisadi imkanlarını göstərir. Ona baxaraq dövləti tanıyırsan.
Bu, böyük tarixdir, böyük iqtisadiyyatdır, böyük dövlətçilikdir, böyük ideologiyadır. Buna yalnız mis və ya gümüşdən hazırlanmış maddi əşya kimi baxmaq doğru deyil. Kitabda bunların hamısı açılır, göstərilir. Kitab arxiv sənədləri və mənbələr əsasında yazılıb. Burada böyük zəhmət var”, -deyə akademik İsa Həbibbəyli bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 01 Oktyabr 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















