Mərkəzi Nəbatat Bağına təcili tibbi yardım avtomobili daxil olmayıb Rəsmi
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mərkəzi Nəbatat Bağına təcili tibbi yardım avtomobili daxil olmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Report"a bağın Mətbuat Xidmətindən məlumat verilib.
"Bağın ərazisinə təcili tibbi yardım avtomobili daxil olmayıb. Yayılan xəbər tərəfimizdən araşdırılır".
Mətbuat xidmətindən bildirilib ki, bağın ərazisi mütəmadi olaraq dərmanlanır.
Qeyd edək ki, mediada bağın ərazisində yeddi yaşlı uşağı ilan sancdığı barədə məlumatlar dərc olunub.
TƏBİB-dən bildirilib ki, iyulun 28-də ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı oğlan uşağı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.
Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir.
Baxış sayı:38
Bu xəbər 29 İyul 2025 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















