Mərkəzi Neftçilər Xəstəxanasında təmir işlərinə nə vaxt BAŞLANACAQ? Rəsmi AÇIQLAMA
Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Xəbər verildiyi kimi Mərkəzi Neftçilər Xəstəxanasının əsaslı təmir olunması nəzərdə tutulur.
Bizim.Media-nın sorğusuna Mərkəzi Neftçilər Xəstəxanasından bildirilib ki, Mərkəzi Neftçilər Xəstəxanasında 3 əməliyyatxana, 2 reanimasiya bloku, angioqrafiya bloku və rentgen otaqları təmir olunacaq.
Məlumatda bildirilir ki, müvafiq işlər xəstəxananın 2026-cı ilin illik büdcə smetasında nəzərdə tutulub:
“Layihə üzrə ümumilikdə 2,8 milyon manat vəsait ayrılması planlaşdırılır ki, bunun təqribən 650 000 manatı əsaslı təmir işlərinə, qalan hissəsi isə həmin blokların xüsusi havalandırma sisteminin qurulması və tibbi avadanlıqların alınması üçün nəzərdə tutulub”.
Qeyd edilib ki, hazırda işlərin icrası ilə bağlı açıq tender elan edilib.
Naibə Məmmədova, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 28 Fevral 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















