Icma.az
close
up
RU
Mərkəzi Parkın ərazisinin genişləndirilməsi Bakını daha da gözəlləşdirəcək

Mərkəzi Parkın ərazisinin genişləndirilməsi Bakını daha da gözəlləşdirəcək

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 1 avqust, AZƏRTAC

Bakının Yasamal rayonu ərazisində yerləşən, keçmiş “Sovetski” adlanan ərazidə salınan Mərkəzi Parkın ərazisinin genişləndirilməsi nəzərdə tutulub.

AZƏRTAC xəbər verir ki, parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Avstriyalı memar Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın salınmasında məqsəd Bakının simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətini müasir xidmətlərə uyğun təşkil etməkdir. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da olub. Prezident İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı 2024-cü il noyabrın 7-də Mərkəzi Parkın üçüncü hissəsinin açılışında olub.

Mərkəzi Parkın üçüncü hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” adlanan ərazidə salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib. Layihəyə əsasən, ərazi yüksək səviyyədə abadlaşdırılıb, müasir tələblərə uyğun yeni infrastruktur yaradılıb, şəhər sakinləri və qonaqların səmərəli istirahəti üçün paytaxta xüsusi yaraşıq verən park ərsəyə gəlib.

Paytaxt sakinləri hesab edirlər ki, Mərkəzi Parkın ərazisinin növbəti dəfə genişləndirilməsi Bakını daha da gözəlləşdirəcək, onların istirahət imkanlarını genişləndirəcək.

Bakı sakini Günel Sadiqova bildirib ki, parkların ərazilərinin geniş olması arzuedilən haldır: “Bu parkı çox sevirəm, burada yaşıllıq var. Həm də təmizdir. Axşamlar ailəmizlə parka gəzintiyə çıxırıq. Geniş parklara ehtiyacımız var. Parklar nə qədər çox olsa, şəhər bir o qədər gözəl olar”.

Mərkəzi Parkın istirahət etmək üçün yaxşı məkan olduğunu deyən Sabir Axundov orada ətraf mühitin təmiz olduğunu vurğulayıb. Eyni zamanda, Bakıda parkların ərazilərinin genişləndirilməsinin və yaşıllıqların artırılmasının zəruriliyini diqqətə çatdırıb. “Bakıda yaşıllıqlar artmalıdır ki, hava da təmiz olsun”, - deyə o bildirib.

Paytaxt sakini Xatirə Əmirova söyləyib ki, Mərkəzi Parkın ərazisinin genişləndirilməsi təqdirəlayiq haldır: “Parkın aurası gözəldir. Hər gün burada gəzirəm. Əvvəllər burada köhnə evlər var idi. İndi isə ərazi abadlaşdırılıb. Tək bura deyil. Çox parklar təmir olunur. Şəhərimiz gözəlləşir. Prezidentimizə çox təşəkkür edirik”.

Mərkəzi Parkda istirahət üçün hər cür şəraitin olduğunu deyən Rasim Tağızadə yaşıllıqların Bakıya xüsusi gözəllik verdiyini diqqətə çatdırıb: “Yaşıllıqlar həqiqətən gözəldir. Buranın havası təmizdir. Prezidentimizə təşəkkür edirik ki, belə gözəl park yaradıb”.

Qeyd edək ki, son illərdə Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artıb. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinin davamlı xarakter aldığını nümayiş etdirir. Mərkəzi Park da paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Avqust 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri