Icma.az
close
up
RU
Mərkəzi Parkın üçüncü hissəsi açıldı Yenilənib Video Fotolar

Mərkəzi Parkın üçüncü hissəsi açıldı Yenilənib Video Fotolar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Dövlət başçısına paytaxtın Yasamal rayonu ərazisində yerləşən parkda görülən işlər barədə məlumat verilib.

Qeyd edək ki, Mərkəzi Parkın birinci hissəsi 2019-cu il mayın 22-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib. Parkın ikinci hissəsinin açılışı isə 2022-ci il dekabrın 30-da olub. Prezident İlham Əliyev açılışda iştirak edib.

Bildirilib ki, növbəti mərhələdə isə Mərkəzi Parkın üçüncü hissəsinin 9 hektar ərazisi tam abadlaşdırılıb, burada ən müasir tələblərə uyğun yeni istirahət zonası yaradılıb. Parkın yeni hissəsinin ümumi ərazisi illərdir yığılıb qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib və müvafiq aqrotexniki tədbirlər görülüb.

Ümumilikdə parkın bu hissəsinin 7,4 hektarında 19 növdə 3 min 500 ağac, 25 mindən çox gül və kol bitkiləri əkilib. Burada yaşıllaşdırmanın daha səmərəli olması üçün əraziyə 60 min kubmetrə yaxın münbit torpaq tökülüb, müasir suvarma sistemi qurulub.

Mərkəzi Parkın yaşıllaşdırma konsepsiyasının əsas xüsusiyyəti bu istirahət məkanının ilin fəsillərini özündə əks etdirməsidir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri piyadaların Abdulla Şaiq küçəsinin hərəkət hissəsindən keçmədən maneəsiz gediş-gəlişi üçün yeraltı tunelin inşa edilməsidir. Onun inşası ilə Mərkəzi Parkın 1-ci, 2-ci və 3-cü hissələri arasında tam bağlantı yaradılıb. Ərazidə 3 fəvvarə kompleksi inşa edilib, idman qurğuları quraşdırılıb, uşaq əyləncə, həmçinin futbol-basketbol meydançaları, yaşlı insanların asudə vaxtlarının səmərəli təşkili üçün şahmat və stolüstü oyun meydançaları salınıb. Həmçinin burada süni göl və ətrafında söhbətgahlar yaradılıb ki, bu da şəhərimizin qonaqlarının və sakinlərin istirahətlərini daha maraqlı etmək üçün mühüm rol oynayır.

İstirahət parkında müasir işıqlandırma sistemi də qurulub. Ərazinin abadlaşdırılması zamanı burada XIX əsrin sonu-XX əsrin əvvəllərində inşa edilən və yerli sakinlər arasında “Təndir Hamamı” kimi tanınan tarixi-memarlıq abidəsi bərpa edilərək əvvəlki simasına qaytarılıb. Parkın ətrafındakı tarixi və digər yaşayış binaları əsaslı təmir olunub, Süleyman Tağızadə və Nabat Aşurbəyova küçələrinə yeni asfalt örtüyü döşənib, piyada səkiləri və parklanma yerləri yaradılıb, işıq dirəkləri quraşdırılıb və digər işlər görülüb.

Ümumilikdə Mərkəzi Parkın üçüncü mərhələsinin tikintisi yekunlaşdıqdan, ərazidə yeni yaşıllaşdırma və abadlıq işləri görüldükdən sonra Təzəpir məscidi kompleksinin və Süleyman Tağızadə küçəsində yerləşən İmam Hüseyn məscidinin mənzərəsi tam olaraq açılıb.

Beləliklə, Mərkəzi Parkın üçüncü hissəsinin istifadəyə verilməsi ilə keçmiş “Sovetski” adlanan ərazidə salınan parkın ümumi sahəsi 35,4 hektara çatdırılıb və bura paytaxtın ən gözəl istirahət guşələrindən birinə çevrilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi son illərdə daha da artıb. Paytaxt sakinlərinin və ölkəmizə gələn turistlərin istirahəti üçün ən müasir parkların və yeni yaşıllıq zolaqlarının salınması, Bakının qədim tarixi memarlıq nümunələrinin bərpası və müasir binaların tikilib istifadəyə verilməsi ölkəmizdə həyata keçirilən abadlıq-quruculuq işlərinin davamlı xarakter aldığını nümayiş etdirir. Mərkəzi Parkın yeni istifadəyə verilən üçüncü hissəsi də paytaxtımızın daha da gözəlləşməsi, şəhərdə yaşıl guşələrin sayının artırılması və insanların səmərəli istirahəti baxımından mühüm əhəmiyyət daşıyır.



























Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 10 Noyabr 2024 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see249

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see177

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see145

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see144

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see129

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see125

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see124

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see124

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see122

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri