Mərkəzi Seçki Komissiyasının iclası keçirilib AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
Məzahir Pənahovun sədrliyi ilə noyabrın 6-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Seçki Məcəlləsinin tələblərinə uyğun qaydada noyabrın sonunadək elan olunması nəzərdə tutulan bələdiyyə seçkilərinə hazırlıqlar barədə məlumat verilib.
Sonra Komissiyanın oktyabrın 3-də keçirilən iclasının protokolu təsdiq edilib.
İclasda daha sonra bəzi seçki dairələri üzrə dairə seçki komissiyalarının tərkibində dəyişiklik olunması məsələsinə baxılıb. Komissiya üzvlərinin müzakirəsinin ardınca 5 saylı Babək – Naxçıvan – Culfa, 21 saylı Nəsimi – Binəqədi, 41 saylı Gəncə – Samux – Goranboy, 78 saylı Lənkəran kənd, 83 saylı Beyləqan və 103 saylı Şəmkir kənd seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişikliklər edilib.
Media subyektləri nümayəndələrinin iştirak etdiyi iclasda, həmçinin cari məsələlərə də baxılıb.
Baxış sayı:107
Bu xəbər 06 Noyabr 2024 18:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















