Icma.az
close
up
RU
Merlər Razılaşması Azərbaycanda

Merlər Razılaşması Azərbaycanda

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Respublikamızda Energetika Nazirliyinin və Avropa İttifaqının (Aİ) birgə təşkilatçılığı ilə daha bir beynəlxalq tədbir uğurla baş tutub. Söhbət Avropa İttifaqı (Aİ) tərəfindən Şərq Tərəfdaşlığı proqramı çərçivəsində maliyyələşdirilən və yerli iqlim və enerji fəaliyyəti üzrə ən böyük təşəbbüslərdən biri kimi qəbul edilən Merlər Razılaşmasına qoşulmağı nəzərdən keçirən bələdiyyələr üçün mövcud imkanlar haqqında maarifləndirici tədbirdən gedir.

Paytaxt Bakıda baş tutan tədbir bələdiyyələrin, habelə milli qurumların təxminən 100 nümayəndəsini bir araya gətirib. Görüşlərin əsas məqsədi potensial qoşulmaq istəyən tərəflərə Merlər Razılaşmasına üzvlüyün praktikada nə demək olduğunu aydın şəkildə izah etməkdən ibarət olub. Görüşlər çərçivəsində komanda tərəfindən konkret dəstək mexanizmləri təqdim edilib. Bu dəstəyə Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planlarının hazırlanması üzrə metodiki vasitə, irəliləyişin izlənilməsi üçün alətlər, layihə dəstək xidməti, potensialın artırılması fəaliyyətləri, eləcə də iqlim layihələrinin icrasına yönəlmiş texniki dəstək daxildir.

Merlər Razılaşması nədir?

Merlər Razılaşması deyilən təşəbbüs nədən ibarətdir? Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşması təşəbbüsü ilk dəfə 2008-ci ildə İqlim və Enerji Paketinin qəbul edilməsindən sonra Avropa Komissiyası tərəfindən dayanıqlı enerji siyasətinin hazırlanması və həyata keçirilməsində yerli özünüidarəetmə orqanları tərəfindən göstərilən səylərin dəstəklənməsi məqsədilə irəli sürülüb. Təşəbbüs 2015-ci ildən etibarən qlobal miqyas almağa başlayıb. Merlər Razılaşması hazırda dünyanın ən iri iqlim və enerji təşəbbüslərindən biri kimi qəbul olunur.

Təşəbbüsü imzalayan bələdiyyələrin öhdəlikləri Aİ-nin aşağıdakı iqlim və enerji siyasəti çərçivələri ilə əlaqələndirilir:

- 2008-2015-ci illərdə təşəbbüsü imzalayan bələdiyyələr üçün 2020-ci ilə iqlim və enerji tədbirləri paketi;

- 2015-ci ildən sonra imzalayan bələdiyyələr üçün 2030-cu ilə qədər olan müddətdə iqlim və enerji tədbirləri paketi, o cümlədən İqlim dəyişmələrinə adaptasiya ilə bağlı Avropa İttifaqı Strategiyası.

Merlər Razılaşmasını Şərq Tərəfdaşlığı ölkələrindən imzalayanlar iqlim dəyişikliyinin azaldılması və bu dəyişikliyin təsirlərinə uyğunlaşma üçün 2030-cu ilə qədər karbon qazı (CO2) emissiyalarını ən azı 30 faiz azaltmaq və iqlim dəyişikliyinə davamlılığı artırmaq məqsədilə ilk iki il ərzində SECAP (Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planını - Sustainable Energy and Climate Action Plan) hazırlamaqla bağlı öhdəlik götürürlər.

Ölkələrdə Merlər Razılaşmasını imzalayan, lakin onların tələblərini yerinə yetirmək üçün lazımi bacarıqları və ya resursları olmayan bələdiyyələrə strateji rəhbərliyi, texniki dəstəyi təmin edən milli əlaqələndirici qurum fəaliyyət göstərir. Eyni zamanda, milli əlaqələndirici Aİ ilə bələdiyyələr arasında proqramın əlaqələndirilməsini təmin edir, SECAP hazırlanmasına və həyata keçirilməsinə yardım göstərir.

Merlər Razılaşmasının əsas hədəfləri aşağıdakılardan ibarətdir:

-Enerji səmərəliliyi tədbirlərini həyata keçirmək və bərpa olunan enerji mənbələrindən istifadəni genişləndirməklə istilik effekti yaradan qaz (İEYQ) emissiyalarını azaltmaq,

-İqlim dəyişikliklərinə uyğunlaşmada dayanıqlılığı artırmaq,

-Bələdiyyələr, yerli və mərkəzi icra hakimiyyəti orqanları arasında əməkdaşlığı gücləndirmək,

-Hamı üçün təhlükəsiz, dayanıqlı və etibarlı enerjiyə əlçatanlığı təmin etmək.

Merlər Razılaşması yuxarıda sadalanan məqsədlərə çatmaq niyyətində olan, həmçinin Aİ-nın iqlim və enerji məqsədlərinin yerinə yetirilməsi üzrə üzərinə könüllü öhdəlik götürən yerli və regional idarəetmə orqanları tərəfindən imzalanır. SECAP-ın həyata keçirilməsi Avropa İttifaqı, vətəndaş cəmiyyətləri, iqlim və enerji fondları, qeyri-hökumət təşkilatları və müxtəlif donorlar tərəfindən dəstəklənir.

Azərbaycanın iştirakçılığı və əldə olunan müsbət nəticələr

Məlumdur ki, 2016-cı ildə Paris İqlim Sazişinə qoşulan Azərbaycan 1990-cı baza ili ilə müqayisədə 2035-ci ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 40 faiz azaldılmasını nəzərdə tutan milli hədəfi və bu hədəfi ehtiva edən “Yenilənmiş, 3-cü Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC 3.0) sənədini təsdiqləyib. Merlər Razılaşması təşəbbüsünə qoşulma regionlarda enerji səmərəliliyi tədbirlərinin həyata keçirilməsinə və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə kömək etməklə ölkəmiz tərəfindən götürülən öhdəliklərin yerinə yetirilməsində müsbət rol oynayır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (2012-ci ildə) və Mingəçevir Bələdiyyəsi (2017-ci ildə) Merlər Razılaşmasına Azərbaycandan ilk qoşulanlardır. 2018-ci ilin 24 sentyabr tarixindən Azərbaycan Respublikasının Energetika Nazirliyi Aİ-nin İqlim və Enerji üzrə Merlər Razılaşmasının ölkə üzrə Milli Əlaqələndiricisi kimi müəyyən edilib. 2020-ci ildə bu təşəbbüsə Şəki, Gəncə (Nizami rayonu), Yevlax, Qazax, Şamaxı və Xaçmaz bələdiyyələri, 2022-ci ildə isə Abşeron Rayon Xırdalan Bələdiyyəsi qoşulub.

Artıq bu əməkdaşlığın konkret müsbət nəticələri də var. Tədbir çərçivəsində Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini Səyyarə Musayeva, Mingəçevir Şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov Merlər Razılaşması təşəbbüsünə qoşulma üzrə öz təcrübələrini bölüşüblər. Qeyd olunduğu kimi, Mingəçevir ölkədə Merlər Razılaşması - Şərq Tərəfdaşlığı tərəfindən Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının hazırlanması üçün dəstək alan ilk şəhər olub və bu, yerli iqlim və enerji planlaşdırması üçün zəmin yaradıb. Həm Mingəçevir, həm də Şəki üçün təşəbbüs bələdiyyə obyektlərində enerji auditlərinin aparılmasına dəstək göstərib. Şəkidə bu dəstək həmçinin “Mounting Adapt” proqramı çərçivəsində konkret layihə üçün maliyyənin cəlb olunmasına imkan yaradıb. Bundan əlavə, Merlər Razılaşması - Şərq Tərəfdaşlığı yerli maraqlı tərəflərin cəlb olunmasına və ictimai məlumatlılığın artırılmasına töhfə verən Enerji Günlərinin təşkili prosesini də dəstəkləyib.

Eyni zamanda, Energetika Nazirliyinin ekspertləri Şəkiyə təşkil olunan səfər zamanı Merlər Razılaşması - Şərq Tərəfdaşlığının ekspertlərini müşayiət edərək, qarşılıqlı təcrübə mübadiləsini praktiki öyrənmə ilə birləşdiriblər. Proqram çərçivəsində kiçik su elektrik stansiyası, ənənəvi su dəyirmanları və seçilmiş tarixi abidələr kimi yerli enerji və mədəni irs obyektlərinə səfərlər həyata keçirilib və iqlim, enerji və mədəni dəyərlərin dayanıqlı yerli inkişafa inteqrasiyası yolları yerində qiymətləndirilib.

7 şəhərin fəaliyyət planı hazırdır

Avropa İttifaqının İqlim və Enerji üzrə Merlər Razılaşmasında iştirak edən Azərbaycanın 7 şəhərinin fəaliyyət planı hazırdır.

Bunu tədbirdə çıxış edən Merlər Razılaşmasının Şərq komanda rəhbəri Kristof Frerinq bildirib. Onun sözlərinə görə, sevindirici hal odur ki, Merlər Razılaşmasında iştirak edən Azərbaycanın 9 şəhərindən 7-nin artıq fəaliyyət planı hazırdır: “Bu, kifayət qədər yaxşı göstəricidir. Bu, şəhərlərin məsuliyyətli olduğunu və fəaliyyət planı hazırlamaq üçün çalışdıqlarını göstərir. Ümumilikdə, bu şəhərlər ölkə əhalisinin 9 faizini təmsil edir. Doğrudur, bu, digər ölkələrlə müqayisədə çox deyil. Lakin nəzərə almalıyıq ki, əksər ölkələrdə paytaxt şəhəri qoşulan kimi artıq əhalinin 20 və ya 30 faizi əhatə edilmiş olur. Azərbaycanın bu şəhərləri hazırkı mərhələdə öhdəliyinə 1,3 milyon ton karbon qazının azaldılması öhdəliyini götürüb”, - deyə qurum rəsmisi bildirib.

Ölkədə ictimai binaların termal izolyasiyasının artan aktuallığı

Azərbaycanda şəhərlərin enerji istehlakında əsas paya malik olması Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planının hazırlanmasına xüsusi aktuallıq qazandırır. Bu plan yerli icra strukturlarının iqlim dəyişmələrinin təsirlərinə qarşı konkret və sistemli tədbirlər görməsinə imkan yaradır.

Bu fikirləri isə tədbirdə Yerli Dayanıqlı İnkişaf üzrə koordinator, “Şəhər Merləri Razılaşması - Şərq”in yerli dayanıqlı inkişaf koordinatoru Maksim Vereşçak ifadə edib.

Maksim Vereşçak bildirib ki, Azərbaycan üçün iqlim riskləri arasında, xüsusilə ekstremal istilər ön plana çıxır. “Yay mövsümündə havanın kəskin istiləşməsi şəhərlərdə yaşayış şəraitinə, enerji sistemlərinə və ictimai infrastruktura ciddi təsir göstərir. Buna görə də SECAP çərçivəsində istilik dalğalarına qarşı uyğunlaşma tədbirləri müxtəlif sektorlar üzrə planlaşdırılmalıdır. SECAP sənədi yalnız iqlim dəyişmələrinin təsirinin azaldılmasını deyil, eyni zamanda, sosial məsələlərin həllini də nəzərdə tutur.”, - deyə M.Vereşçak qeyd edib.

Maksim Vereşçak əlavə edib ki, “Şəhər Merləri Razılaşması” çərçivəsində hazırlanacaq bütün fəaliyyət planları iddialı hədəfləri əhatə etməlidir. Fikirlərinə davam edən M.Vereşçak vurğulayıb:  “SECAP-da nəzərdə tutulan layihələr nəticə etibarilə ən azı 40 faiz karbon emissiyalarının azaldılmasına və minimum 30 faiz enerji istehlakına qənaətə nail olmalıdır. Məktəb, xəstəxana və digər ictimai binaların termal izolyasiyası Azərbaycan şəhərləri üçün ən effektiv alətlərdən biridir. Belə layihələr enerji xərclərini azaltmaqla yanaşı, binaların həm qışın soyuğuna, həm də yayın istisinə qarşı davamlılığını artırır və vətəndaşların həyat keyfiyyətinə birbaşa müsbət təsir göstərir. Avropa İttifaqının dəstəyi və mövcud proqramlar vasitəsilə Azərbaycan bələdiyyələri üçün bu fəaliyyət planının hazırlanması faktiki olaraq heç bir xərc tələb etmir və texniki dəstək tam təmin olunur”.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Fevral 2026 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see338

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see332

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see266

Bakıda avtobusla toqquşan “Mercedes”in arxası “yoxa çıxdı” VİDEO

16 İyul 2026 15:32see216

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see198

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see196

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see194

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see192

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see181

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see177

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see174

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see173

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see169

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see158

Gəmi kapitanı Səmədin nəşi tapıldı

16 İyul 2026 21:16see157

Brüsselə verilən siyasi mesaj: Avropa Bakıya möhtacdır

15 İyul 2026 19:04see155

İranda uşaq xəstəxanasının yaxınlığına raket atıldı

16 İyul 2026 03:11see154

Anar Quliyev: Azərbaycanın 79 şəhərindən 68 i üçün baş planlar hazırlanıb

16 İyul 2026 09:17see148

Ərbakanın NATO sammiti ilə bağlı şərhi Ərdoğanı qəzəbləndirə bilər

16 İyul 2026 17:53see147

İngiltərə mundialda qol vurmaq üzrə rekorda imza atıb

16 İyul 2026 02:05see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri