Merts Avropanı müdafiə qabiliyyətinə böyük sərmayə qoymağa ÇAĞIRDI
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) blokundan Almaniyanın kanslerliyinə namizəd və ehtimal ki, gələcək hökumət başçısı Fridrix Merts NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.
Redaktor.az xəbər verir ki, o, özünün sosial şəbəkə hesabında bildirib ki, Avropa öz müdafiə qabiliyyətinə əhəmiyyətli vəsait ayırmalıdır.
"Güclü Şimali Atlantika Alyansı təhlükəsizliyimizin əsasını təşkil edir. Mən NATO-nun baş katibi Mark Rutte ilə Avropa və NATO-nun müdafiə imkanları, eləcə də təhlükəsizlik siyasəti məsələləri haqqında danışdım", - deyə Merts yazıb. Bu, siyasətçinin fikrincə, “Avropanın təhlükəsizliyinin ən yaxşı müdafiəsidir”.
Turan İSMAYIL

Boris Conson Avropanı hərbi xərcləri artırmağa ÇAĞIRDI
29 Mart 2025 12:17
Estoniya Ukraynanın müdafiə sənayesinə sərmayə qoymağa çağırır
26 Noyabr 2024 12:16
Ərdoğan nazirləri iclasa ÇAĞIRDI
03 Fevral 2025 13:50
Fitso Zelenskini danışıqlara ÇAĞIRDI
13 Yanvar 2025 19:58
Lavrov Mirzoyanı Moskvaya ÇAĞIRDI
14 Yanvar 2025 13:53

