Icma.az
close
up
RU
Merts hökuməti kimlərlə quracaq? AÇIQLAMA

Merts hökuməti kimlərlə quracaq? AÇIQLAMA

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

Almaniyada federal seçkilərinin nəticələrinə görə, Olaf Şoltsun partiyası - Sosial Demokratlar Partiyası məğlub oldu. Yəni 29 faiz səslə qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik ittifaqının lideri Fridrix Merts yeni kansler olacaq.

Bakıvaxtı.az xəbər verir ki, “Alman Tramp” adlandırılan Merts sərt proqramları ilə seçilir. Merts Ukraynaya dəstəyi ilə tanınır, lakin seçkidən öncə - Tramp-Putin danışıqlarından sonra onun “Avropanın bir gün Rusiya ilə yaxşı münasibətləri bərpa etmək üçün ciddi cəhdlər göstərməli olacağı” haqda açıqlaması da diqqət çəkirdi. Yeni kanslerin Ukraynaya dəstək məsələsində əvvəlki mövqeyi Kiyevə Avropanın yardımları baxımından əhəmiyyətlidir. Amma Mertsin qarşıdakı dövrdə bu məsələyə spesifik yanaşacağı sual altındadır, çünki onun üçün hazırkı prioritet koalisiya hökumətini formalaşdırmaq və Almaniya ilə bağlı proqramlarını həyata keçirməkdir.

Politoloq Zaur Məmmədov Bakıvaxtı.az-a deyib ki, seçkidə qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik ittifaqı əsasən kiçik sahibkarlar, fermerlər, kənd və rayonların sakinləri tərəfindən dəstəklənir.

Ekspertə görə, əhalinin daha çox hissəsinin məhz bu partiyaya səs verməsinin səbəbləri arasında Angela Merkel faktoru mühüm rol oynayır:

"Merkel dövründə Almaniya Aİ-də birinci dövlət olmaqla yanaşı dünyada vacib beynəlxalq aktor sayılırdı. Bəlkə də, son 100 ildə ilk dəfə olaraq məhz Merkelin dövründə Almaniya Qərbin əsas söz sahibi dövlətlərindən birinə çevrildi. Şolts dövründə isə Aİ-də liderlik Fransaya qayıtdı və istər ümum Avropa məsələlərində, istərsə də Ukrayna mövzusunda Berlin kifayət qədər zəif təəssürat bağışlayırdı".

Zaur Məmmədov: Merts "Almaniya üçün alternativ" partiyası ilə ittifaqa getmək istəmir

Analitikin fikrincə, Merts ABŞ-nin Ukraynanın gələcəyinə “nisbətən biganə” olduğunu bəyan edib:

"O əlavə edib ki, Elon Mask və Vaşinqtonun Almaniya seçkilərinə müdaxiləsi Moskvanın müdaxiləsindən heç də az kəskin və qəddar olmayıb. Öz növbəsində, Mertsi ilk olaraq Tramp təbrik edib və mühavizəkarların hakimiyyətə gəlməsindən məmnunluğunu dilə gətirib. Merts bundan sonra kiminlə koalisiyaya gedəcəyini düşünməlidir. O, mütləq çoxluq qazanmayıb və Fransada olduğu kimi Almaniyada da qalib gələn partiya hökuməti digər partiyalardan biri ilə qurmalıdır”.

Müsahibimizə görə, hələlik bircə məsələ aydındır, Merts "Almaniya üçün alternativ" partiyası ilə ittifaqa getmək istəmir və digərləri ilə danışıqlar aparılır. Gedişatın nəticəsi qısa müddətdən sonra bəlli olacaq.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Fevral 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri