Merts Trampla birgə Ukrayna münaqişəsinə son qoymağa çalışacaq
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Rəsmi olaraq vəzifəsinin icrasına başlayan Almaniyanın yeni kansleri Fridrix Merts ilk telefon danışığını ABŞ Prezidenti Donald Trampla keçirərək, Amerika liderini Ukraynadakı münaqişəyə son qoymaq səylərini dəstəkləmək niyyətində olduğuna inandırıb. Bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.
Xəbəri “İzvestiya.ru” yayıb.
“Kansler Merts Amerika prezidentini əmin edib ki, İkinci Dünya Müharibəsinin bitməsindən 80 il keçsə də, Birləşmiş Ştatlar Almaniyanın əvəzolunmaz dostu və tərəfdaşı olaraq qalır. Prezident Tramp və kansler Merts Ukraynadakı hərbi münaqişəyə son qoymaq üçün sıx əməkdaşlıq etmək barədə razılığa gəliblər”, - Bundestaqın saytında yerləşdirilən bəyanatda deyilir.
Kornelius qeyd edib ki, Tramp Almaniya hökumətinin başçısına Almaniyanın Fransa, Böyük Britaniya, Polşa və digər Avropa tərəfdaşları ilə birlikdə “uzunmüddətli sülhə nail olmaq üçün” səylərini şiddətlə dəstəkləyəcəyini vəd edib.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 09 May 2025 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















