Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla bu günə planlaşdırılmış telefon danışığını ləğv edib.
Moderator.az-ın "The Guardian"a istinadən verdiyi məlumata görə, qərar Trampın regional seçkilərdə ultra sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının uğurunu açıq şəkildə alqışlamasından bir neçə saat sonra qəbul edilib.
Mertsin nümayəndəsi telefon danışığının ləğv səbəbini açıqlamaqdan imtina etsə də, bunun kanslerin iş qrafikindəki dəyişikliklərlə bağlı olmadığını vurğulayıb.
AFP-nin məlumatına görə, Mertsin mətbuat katibi də Trampın bəyanatlarını birbaşa şərh etməyib və danışığın ləğvi ilə ABŞ Prezidentinin açıqlamaları arasında mümkün əlaqənin olub-olmaması barədə suala cavab verməkdən imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 09 Sentyabr 2026 18:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















