Icma.az
close
up
RU
Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib EKSPERT

Mesajlar düz hədəfə dəyib və Makronu dəli edib EKSPERT

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Makron pərtliyini gizlətmək üçün bu dəfə Bakıdakı səfirini qabağa verib


Prezident İlham Əliyev Rusiya mediasına müsahibəsində Fransa ilə münasibətlərə də toxunub. Dövlət başçısı bildirib ki, Azərbaycanın Fransa ilə heç vaxt problemi olmayıb. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdi və bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi: 

"Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var”. Prezident vurğulayıb ki, əndazəsiz iddialar və Makron hökumətinin əsassız olaraq özünü böyük sayması bütün bunları uçuruma yuvarlatdı. Dövlət başçısı xatırladıb ki, İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular: “Bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər”. Prezident bildirib ki, bu yaxınlarda Baş nazir vəzifəsindən qovulmuş cənab Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi: “Yəni bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlərimiz, sadəcə, böhran həddinə çatdı, sonradan daha da pisləşdi. 2023-cü ilin sentyabrından sonra onlar beş dəfə bu məsələni Təhlükəsizlik Şurasına daşımağa cəhd etdilər və beş dəfə də uğursuzluğa düçar oldular. Bizi dəstəkləyən ölkələrin sayı onlara həmin məsələni hətta iclasın gündəliyinə salmağa da imkan vermədi”. Yeni Kaledoniyada baş verən hadisələrə toxunan İlham Əliyev xatırladıb ki, burada iğtişaşlar zamanı 13 insanı qətlə yetiriblər, 100-dən çoxunu yaralayıblar, 1000-dən artığını həbs ediblər: “Həm də xalq etirazlarının liderlərini Fransaya apardılar, həbsxanalarda saxlayırlar. Yəni bu, Makronun diktaturasıdır. Bu, Makron rejimidir”. Prezident vurğulayıb ki, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub, amma indi belə deyil: “Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Baxın, bir neçə misal çəkəcəyəm: Afrikada, Sahel regionunda iflas. Onlara “Əlvida!” dedilər. Niger, Burkino-Faso, Mali. Növbədə Çaddır, bu ölkə artıq onlardan çıxmağı tələb edir. Seneqal - burada prezident dəyişdi və milli ruha malik insan gəldi. Bu, hələ başlanğıcdır. Livanda uğursuzluq, Azərbaycanda tam iflas, Gürcüstanda iflas. Diqqət yetirin, daxili siyasətdə nələr baş verir? Hərc-mərclik! Yeni Baş nazir təyin olunur. Onun əri və ya arvadı, bilmirəm, onlarda bunların hansıdır, xarici işlər naziri təyin edilir. Avropa Parlamentinə seçkilərdə uğursuzluqdan sonra onları “günah keçisi” edirlər. Naftalindən çıxarılmış Barnye təyin olunur və onu da qurban verirlər. İndi yenə kimisə tapırlar. Olmazmı ki, elə özündən başlasın?”. 

Siyasi şərhçi Bəybala Mirzəyev "Şərq"ə açıqlamasında deyib ki, Azərbaycanla Fransa arasında gərginlik, qarşıdurma və hətta deyərdim ki, açıq düşmənçilik bütün gücü və sürəti ilə davam edir. Ekspertin sözlərinə görə, səbəbkar şübhəsiz ki, Ermənistandır. Günahkar isə birmənalı olaraq Makron Fransasıdır: 



"Paris və Bakı arasında davam edən sərt qarşıdurmaya artıq səfirlər də fəal şəkildə qoşulmağa başlayır. Daha doğrusu, Makron öz səfirlərini də Azərbaycana qarşı mübarizə üçün səfərbər edib. 

Söhbət ilk növbədə İrəvandakı və Bakıdakı fransız səfirlərdən gedir. Görünən budur ki, Makron Fransanın Ermənistandakı səfiri Olivye Dekotininin ardınca, Azərbaycandakı səfiri də ölkəmizə qarşı qısqırtmağa qərar verib. Ermənistanı ermənilərin özlərindən daha ehtirasla müdafiə etməyə çalışan və Paşinyandan daha artıq qatı erməniçilik edən Olivye Dekotinidən fərqli olaraq, indiyə qədər Azərbaycanın haqlı mövqeyinə bir dəfə də olsun dəstək nümayiş etdirməyən Fransanın Azərbaycandakı səfiri Ann Buayon Makronun tapşırığı ilə ölkəmizə qarşı "tvit müharibəsi"nə start verib. Görünür, Prezident İlham Əliyevin rusiyalı teleaparıcı və siyasi şərhçi Dmitri Kiselyova verdiyi müsahibədə Makronu, necə deyərlər, yaş yuyub-quru sərməsi və Fransanı uğursuz dövlət adlandırması düz hədəfə dəyib və Makronu dəli edib. Ona görə də Makron pərtliyini gizlətmək üçün bu dəfə Bakıdakı səfirini qabağa verib. Beləliklə, sosial şəbəkələrdə fəal olmağı xoşlamayan səfir Ann Buayon ötən gün "X" platformasındakı hesabından birdən-birə Azərbaycanın üzərinə sətiraltı mətnlə hücuma keçib". 

Analitik bildirib ki, Azərbaycan və Fransa bayraqlarının və təyyarə işarəsinin müşayiəti ilə "Fransa səfirliyinə göndərilən viza sorğuları bu il yenidən artmaqdadır. Uğursuz dövlətlərin sirli cazibəsi haradan gəlir?" sözlərini yazan Buayon, əslində, bu "tvit"lə qaş düzəltmək istədiyi yerdə, necə deyərlər, vurub gözü də çıxarıb: "O, bu cür diplomatik söz oyunu ilə guya Fransanın uğurlu, Azərbaycanın isə uğursuz dövlət olduğunu sübut etməyə çalışıb. Lakin bu "tvit" həm Makron Fransasının cılızlığını, həm də xanım səfirin intellektual dayazlığını, məntiq yoxsulluğunu göstərir. Sirr deyil ki, Cənubi Qafqaz respublikaları arasında Ermənistan və Gürcüstandakı fransız səfirliklərinə yerli sakinlər tərəfindən ünvanlanan viza sorğularının sayı azərbaycanlıların analoji sorğularından qat-qat çoxdur. Bir də viza sorğularının sayı nə vaxtdan uğurun və ya uğursuzluğun göstəricisi olub?! Fransanın Azərbaycana qarşı birmənalı düşmən mövqeyinə keçməsinin əsas səbəbi ilk növbədə 44 günlük İkinci Qarabağ müharibəsindən və 23 saatlıq antiterror əməliyyatından qaynaqlanır. Çünki bu iki hadisə həm Makronun geosiyasi planlarını alt-üst edib, həm də Fransada formalaşmış dünyanın ən güclü erməni lobbisini dərindən qəzəbləndirib. Ona görə də Parisin Bakıya həmlələri məhz Makronla erməni lobbisinin sinxron "Səlib yürüşü"nün fraqmentləridir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Dekabr 2024 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri