Məscidə hücum təhlükəsi: Baş nazir açıqladı
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Avstraliyanın Sidney şəhərində yeni açılan məscid hücumla hədələnib.
"Cebheinfo.az" xəbər verir ki, "ABC News"-un məlumatına görə, "Avstraliya İslam Evi" adlı qrupun sosial media hesabında yer alan paylaşımda naməlum şəxsin Sidneydəki məscidə hücum edəcəyi ilə hədələndiyi açıqlanıb.
Yazıda bu şəxsin 2019-cu ildə Yeni Zelandiyadakı məscidlərə edilən eyni hücumu edəcəyi ilə hədələdiyi bildirilib.
Yeni Cənubi Uels (NSW) əyalətinin Baş naziri Kris Minns sözügedən vəziyyət ilə bağlı verdiyi açıqlamada polisin hadisəni araşdırdığını ifadə edib:
"Hökumət və polisi bu məsələyə çox ciddi yanaşır".
Avstraliyanın Baş naziri Entoni Albanese "X" sosial media platformasındakı paylaşımında Sidneydəki məscidə hücum təhlükəsi xəbəri aldığını bildirib.
Bu "iyrənc vəziyyətin Avstraliyada yeri olmadığını" vurğulayan Albanese günahkarların məsuliyyətə cəlb edilməsi lazım olduğunu bildirib.
O, "İrqçilik və müsəlmanlara qarşı təzyiqlərə yol verilməyəcək",- deyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Baxış sayı:102
Bu xəbər 04 Mart 2025 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















