Icma.az
close
up
RU
Məscidin sökülməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir RƏSMİ KONKRET

Məscidin sökülməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir RƏSMİ KONKRET

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sumqayıt şəhərinin Ceyranbatan yaşayış massivində yerləşən “Ceyhun xanım və Hacı Əhməd” məscidinin sökülməsi ilə bağlı yayılmış məlumatlar həqiqəti əks etdirmir.

KONKRET.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, söküntü işləri məscidin qarşısında qeyri-qanuni quraşdırılmış metal konstruksiyada aparılıb:

“Dini Komitənin müvafiq dövlət qurumlarından aldığı məlumata görə, qeyd edilən ünvanda başlayan tikinti işləri Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun həyata keçirilməyib, aidiyyəti qurumlardan müvafiq razılıqlar və rəylər alınmayıb”.

Vurğulanıb ki, Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, sifarişçi tikintiyə (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası) icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) ərizə ilə müraciət etməlidir. Eyni zamanda tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin təyinatına uyğun olaraq müəyyən edilən aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərir.

“Dini etiqad azadlığı haqqında” qanuna əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini ibadət yerlərinin və ziyarətgahların tikintisinə və yenidən qurulmasına müvafiq dini mərkəzin (idarənin) təklifini nəzərə almaqla rəy vermək səlahiyyətinə malikdir. Tikinti işlərinə başlanılarkən Şəhərsalma və Tikinti Məcəlləsinə maddəsinə uyğun olaraq, yerli icra hakimiyyətinə müraciət edilmədiyindən Dövlət Komitəsinə də bu barədə sorğu daxil olmayıb.//Report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Fevral 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri