Icma.az
close
up
RU
Məscidlərdə qiblə ilə bağlı müəmma: Səbəb nədir?

Məscidlərdə qiblə ilə bağlı müəmma: Səbəb nədir?

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Bəzi köhnə məscidlərdə qiblənin yanlış müəyyən edildiyi iddia olunur. İllər əvvəl İçərişəhərdə yerləşən Ləzgi məscidində qiblə istiqamətində dəyişiklik edilib. Daha sonra isə sələfilərin ibadət etdiyi Göy məsciddə də eyni dəyişiklik tətbiq olunanda bu məsələ müəyyən narazılıqlara səbəb olub. Məlumatlara görə, imamın mehrabda düzgün istiqamətdə namaz qılmadığı bildirilir. Bu məsələlər iddiları gücləndirib. 
Demokrat.az-a məsələ ilə bağlı açıqlama verən transpersonal psixoloq İlqar Kərimov illər əvvəl qiblə məsələlərinin ara-sıra gündəmə gəldiyini, lakin o qədər də aktual olmadığını bildirib.
Onun sözlərinə görə, bu cür məsələlər ciddi ixtilaf olmadan müzakirə edilirdi: 
“Çünki qiblə Günəşin çıxdığı və batdığı istiqamətlər arasında müəyyən edilə bilər. Müəyyən şəxslərin riyazi araşdırmaları daha yüksək dəqiqlik tələb etdiyi üçün belə iddialar irəli sürülə bilir. Bir sıra şəxs isə qiblə məsələsini bəzi məzhəb nümayəndələrinin qeyri-dəqiqliyi, məsuliyyətsizliyi və ya elmsizliyi ilə əlaqələndirir. İllər boyu bir istiqamətdə ibadət edən şəxslərin hisslərinə bu cür müzakirələr müəyyən qədər toxuna bilər. Lakin sonradan məlum olarsa ki, dəqiqlikdə problem var, bu aradan qaldırılmalıdır. Çünki həm sünni, həm də şiə məzhəbləri qiblənin Kəbə olduğunu qəbul edir”.
İlqar Kərimov əlavə edib ki, bəzi məzhəb nümayəndələrinin Kəbə istiqamətinə namaz qıldıqdan sonra üzlərini başqa ziyarətgahlara çevirərək salam göndərmələrinə görə də bu iddiaların bir qismi ortaya çıxa bilər: 
“Bu isə qəlblərin hara bağlı olduğunu da əks etdirir. Kimi üçün Kəbə kifayətdir, artığını bidət adlandırır, kimi üçün isə şəriətin tələb etdiyi kifayət etmir, namazdan sonra əlavə əməllər edirlər və bunu irfani, qəlbi məsələlərdən hesab edirlər və s. Ləzgi məscidində də, Göy məsciddə də qiblə korreksiya olunubsa, burada bir problem yoxdur. Əslində sələfilər dini məsələlərdə dəqiqliyi sevir və bunu, ifrat araşdırmalara getmədən, vacib sayırlar. Qibləmiz birdir. Məkkədəki Kəbə, Məscidül-Həram. Ləzgi məscidinə gəlincə isə, təbii ki, istəyim budur ki, bu tarixi məscid hər zaman açıq qalsın və oyunbazların siyasətinin qurbanı olmasın”.
Fidan Hacızadə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Avqust 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri