Meşə yanğını: İspaniya rus helikopterlərindən istifadə edə bilmir
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Rusiyaya qarşı sanksiyalar İspaniyanın Rusiya istehsalı olan helikopterlərdən meşə yanğınlarının söndürülməsində istifadə etməsinə imkan vermir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Məlumata görə, İspaniyada hər biri 5 tona qədər su daşımaq qabiliyyətinə malik Rusiya istehsalı olan 10 ədəd Ka-32 helikopteri var:
"Onlar Ekoloji Keçid Nazirliyi və ya yerli icmalarla müqavilə əsasında fəaliyyət göstərən özəl şirkətlərə məxsusdur".
Vətənpərvərlər Partiyasının lideri Florian Filipponun sözlərinə görə, ispaniyalılar hazırda bu helikopterlərdən istifadə edə bilmirlər.
Qeyd edək ki, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin Rusiya istehsalı aviasiya texnikası üçün uçuş sertifikatlarını ləğv etməsi səbəbindən bu helikopterlər üçün nə ehtiyat hissələri almaq, nə də müqaviləyə əsasən onlara texniki xidmət göstərməli olan rusiyalı mütəxəssisləri dəvət etmək mümkündür.
Baxış sayı:143
Bu xəbər 26 İyul 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















