Meşə yanğınları Bülent Ersoyun villasına yaxınlaşdı VİDEO
Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin Gazipaşa bölgəsində meşə yanğınları davam edir.
Lent.az xəbər verir ki, sosial mediada yayılan xəbərlərə görə, alovlar məşhur sənətçi Bülent Ersoyun villasına da yaxınlaşıb, lakin bu məlumat rəsmi mənbələr tərəfindən hələ təsdiqlənməyib.
Digər məlumata görə, Antalyanın Kundu səmtinin Güzeloba məhəlləsində Bülent Ersoyun villasında yanğın baş verib. Avqustun 9-da konsert verməsi planlaşdırılan Ersoyda ciddi çaxnaşma yaşansa da, Antalya Böyükşəhər Bələdiyyəsi xilasedicilərinin sürətli müdaxiləsi alovu daha yayılmadan söndürüb. Ersoyun vəziyyətinin yaxşı olduğu bildirilir, lakin villaya heç bir ziyan dəyməyib.
Qeyd edək ki, Türkiyənin Aksu, Muratpaşa və Manavgat ərazilərində yanğınlar nəzarət altına alınıb, Gazipaşada söndürmə işləri davam edir, Karabük, Adana, İzmir və Muğlada isə yeni yanğın xəbərləri yayılıb. Həmin bölgələrdə havadan müdaxilə həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 25 İyul 2025 19:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















