Icma.az
close
up
RU
“Meşə yanğınlarının əksəriyyəti insan amili nəticəsində baş verir”

“Meşə yanğınlarının əksəriyyəti insan amili nəticəsində baş verir”

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Son illər dünyanın müxtəlif ölkələrində, o cümlədən Azərbaycanda meşə yanğınlarının sayı artıb. Yay aylarında Kanada, ABŞ, İspaniya, Portuqaliya, Yunanıstan, Rusiya, Fransa, Türkiyə və Avstraliyada iri meşə yanğınları baş verir. Nəticədə bu, minlərlə hektar yaşıllığın məhv olmasına gətirib çıxarır. Meşə yanğınları xüsusilə piknik mövsümündə daha çox müşahidə olunur. İyun, iyul, avqust aylarında temperaturun yüksəlməsi, bəzən 40 dərəcəyə belə çatması, rütubətin azalması meşə yanğınlarına səbəb olur. Güclü küləklər isə yanğınların çox sürətlə yayılmasına şərait yaradır. Qlobal iqlim dəyişikliyinin yaratdığı fəsadlar nəticəsində ekstremal isti hava dalğalarının artması meşə yanğınlarını artırır. Davam edən uzunmüddətli quraqlıq da meşə yanğınlarına rəvac verir. Rütubətin azalması nəticəsində çoxalan quru budaqlar, qurumuş otlar tezalışan maddəyə çevrilir. Onların alışması üçün bəzən xırda bir qığılcım da bəs edir. Maraqlıdır ki, ötən il ABŞ-də meşə yanğınları yanvar ayında bu səbəbdən baş vermişdi. Ona qədər son 6 ayın quraqlıq keçməsi meşələrdə quru budaqların və xırda otların çoxalmasına səbəb olmuş, avtomobil qığılcımından böyük yanğın törənmişdi”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirib.

E.Cəfərli qeyd edib ki, meşə yanğınlarının nəticələri təkcə ağacların məhv olması ilə məhdudlaşmır: “Yanğınlar atmosferdə milyonlarla ton karbon qazının toplanmasına səbəb olur, biomüxtəlifliyi azaldır, torpağın münbitliyini zəiflədir, su hövzələrinin çirklənməsinə gətirib çıxarır. Bu fəsadlar isə insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Tüstü havanın keyfiyyətinə təsir edir, tənəffüs yolları xəstəliklərinin yayılmasına səbəb olur. Çox təəssüf ki, meşə yanğınlarının böyük əksəriyyəti antropogen təsirlər üzündən baş verir. Piknik zamanı söndürülməyən ocaq külək vasitəsilə ətrafa qığılcım saçır və yanğınlara səbəb olur. Avtomobillərin tüstü yerindən çıxan qığılcım, söndürülməmiş siqaret kötüyü, hətta meşəyə atılmış şüşə qırıntıları belə böyük bir meşə massivinin məhv olması ilə nəticələnən güclü yanğınlara gətirib çıxarır. Belə ki, isti havalarda günəş şüaları şüşə qırıntıları üzərində əks olunur və qığılcımdan alov yaranır. Ona görə də meşələrin qorunması sosial məsuliyyət məsələsidir. Ekoloji şüuru yetkin olan vətəndaş meşə yanğınlarının baş verməsinə səbəb olmaz. Unutmaq lazım deyil ki, yanğın zamanı təkcə ağaclar yanmır, ot örtüyü, heyvanlar, həşəratlar məhv olur, ekosistem təhlükə altına düşür. Bəzən taxıl, arpa biçinindən sonra fermerler küləşli sahəni yandırırlar. Bu da ətrafda mövcud olan meşə sahəsi üçün risklər yaradır. Yaxşı olar ki, əkinçilər bu nüansı nəzər alsınlar”.

Onun sözlərinə görə, rəsmi məlumatlara görə, Azərbaycanın ümumi meşə fondu təxminən 1 milyon hektara yaxındır: “Bu isə respublika ərazisinin təxminən 11,8 faizini təşkil edir. Meşələrin böyük hissəsi Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağlarındadır. Ekspertlərin fikrincə, ölkəmizdə meşə yanğınlarının əksəriyyəti təbii səbəblərdən deyil, insan amili nəticəsində baş verir. Ən çox meşə yanğınları meşə örtüyünün sıx olduğu dağlıq və dağətəyi rayonlarda, xüsusilə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Balakən, Lerik, Yardımlı, Lənkəran, Astara, Masallı, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər və Laçın rayonlarında qeydə alınır. Ekspertlərin fikrincə, meşə yanğınlarının qarşısını almağın ən effektiv yolu profilaktik tədbirlərin gücləndirilməsidir. Meşələrdə nəzarət sistemləri genişləndirilməli, müşahidə kameralarının sayı artırılmalıdır”.

İctimai Birlik sədri vurğulayıb ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunması üçün əhalinin maarifləndirilməsi çox vacibdir: “İstirahət zonalarına üz tutan insanlar məsuliyyətli davranış sərgiləsələr, yanğınların böyük hissəsi baş verməz. Yaxşı olar ki, insanlar piknik ərazisini tərk edən zaman qaladıqları ocaq tam söndürülsün. Ocaq su ilə söndürülməli, tam əmin olmaq üçün üzəri torpaqla örtülməlidir. Söndürülümüş ocaqdan tüstü çıxarsa belə, ərazini tərk etmək olmaz. Tonqalın söndüyünə tam əmin olmaq lazımdır. Yanğınlar həm də təbiət hadisələri nəticəsində: ildırım, vulkan, zəlzələ, sül və daşqınlar zamanı baş verir. Bu görə də hadisənin nə zaman və harada baş verəcəyini proqnozlaşdırmaq olmaz. Meşə yanğınlarına daim hazırlıqlı olmaq lazımdır. Bunun üçün yanğından mühafizə tədbirləri gücləndirilməlidir”.

E.Cəfərli eləcə də deyib ki, işğaldan azad olunmuş ərazilər Azərbaycanın meşə yanğınları baxımından ən həssas bölgələrindən hesab olunur: “Mütəxəssislərin fikrincə, bu vəziyyətin əsas səbəbləri uzun illər ərzində dağıdılmış yanğından mühafizə və meşə təsərrüfatı infrastrukturunun hələ tam bərpa olunmaması, mürəkkəb dağlıq relyef, geniş meşə massivləri, bəzi ərazilərdə mina təhlükəsinin qalması və operativ müdaxilə imkanlarının məhdud olmasıdır. Bu amillər yanğınların vaxtında aşkarlanmasını və söndürülməsini çətinləşdirə, alovun daha geniş ərazilərə yayılması riskini artıra bilər. Məhz buna görə də işğaldan azad olunmuş bölgələrdə müasir yanğın müşahidə sistemlərinin qurulması, meşə yollarının bərpası, su təchizatı infrastrukturunun gücləndirilməsi və erkən xəbərdarlıq mexanizmlərinin tətbiqi xüsusi əhəmiyyət kəsb edir”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:181
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 İyul 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see407

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see350

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see314

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see254

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see253

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see232

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see226

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see223

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see216

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see212

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see209

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see209

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see207

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see205

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see195

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see192

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see188

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri