Icma.az
close
up
RU
“Məsələ ciddi araşdırılacaq və günahkar cəzalandırılacaq” Vitali Borisov, yoxsa Rövşən Hüseynli?

“Məsələ ciddi araşdırılacaq və günahkar cəzalandırılacaq” Vitali Borisov, yoxsa Rövşən Hüseynli?

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Bilindiyi kimi, futzal millimizin qapıçısı Rövşən Hüseynli Avropa çempionatının əsas mərhələsində keçiriləcək İsveç və Xorvatiyaya qarşı oyunlardan əvvəl heyətdən kənarlaşdırılıb.

Son günlər qalmaqalın hansı şəraitdə baş verdiyi haqda bir neçə xəbər tirajlanıb. Bəzi həmkarlarımız qolkiperin kapitan sarğısına yiyələnmək arzusunda olduğu üçün komandadaxili ab-havanı korladığını iddia edir. Onun məşqlərə evdən gəlib-getmək istədiyini, bu üzdən komandanın axşam məşqindən sonra bazaya yollanmaq üçün avtobusa minməkdən imtina etdiyini bildirənlər də var. Hər halda, məsələ bir qədər dolaşıqdı.
Bəs, Azərbaycan Futzal Federasiyasının bu yöndə mövqeyi necədi? Hansısa tədbir görülməsi nəzərdə tutulubmu?
“Football-plus.az”ın suallarını federasiyanın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Mahmud Sadıqov cavabladı:

“Düzü, millinin düşərgəsində olmamışam. Bu üzdən məsələ ilə bağlı ətraflı məlumatım yoxdu. Federasiyanın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun mənə verdiyi informasiyaya görə, Rövşənlə yığmamızın baş məşqçisi Vitali Borisov arasında mübahisə yaşanıb. Buna futzalçının komandayla birgə Mərdakanda yerləşən bazaya – “Liv Bona Dea Arena”ya yollanmaması səbəb olub. Çalışdırıcı Rövşənə millinin düşərgəsində olmağın vacibliyini desə də, qapıçı bununla razılaşmayıb və evə getmək istədiyini bildirib. Təbii ki, məsələ ciddi şəkildə araşdırılacaq və günahkar cəzalandırılacaq. Lakin bunun üçün İsveç və Xorvatiyaya qarşı oyunların bitməsini gözləyirik. Vacib matçdan əvvəl komandadaxili ab-havanın pozulmasını istəmədiyimiz üçün hələ ki səssizliyə riayət edirik”.

Xatırladaq ki, Rövşən Hüseynli sosial şəbəkə hesabında paylaşım edərək heç bir intizam qaydasını pozmadığını bildirib.
KƏNAN BAHADIR
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 Aprel 2025 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see211

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri