Məsələ polisə qədər getdi 1 dənə qız qoy partladacaq... demişdilər
Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Ötən həftə yeni restoran icarəyə götürən sahibkarla konsultasiyada idim. Xidmət və qiymət siyasətindən danışarkən sahibkarın bir dostu bizə qoşuldu. Marketinq mövzusunu eşidən kimi ilk sözü bu oldu: “2 dənə qəşəng qız götür, TikTok-da yayım açsınlar, düzələcək”. Bu gün bazarda ətirdən tutmuş avtomobil satışına qədər xeyli biznes məhz bu "strategiya" ilə işləyir. Məsələnin etik tərəfini kənara qoyub, bunun brendə vurduğu uzunmüddətli zərərdən danışmaq lazımdır".
Ölkə.Az xəbər verir ki, bu fikirləri marketinq və kontent mütəxəssisi Sadiq Həsənli mənfi trendlərə münasibət bildirərkən qeyd edib.
Onun sözlərinə görə, ilk növbədə, belə markalarda brend dəyəri yarana bilməz, çünki onlara hörmət edilmir: "Hətta gənclər arasında bəzi brend adlarının lağ və təhqir obyekti kimi işlədilməsi buna bariz nümunədir. İkincisi, bu üsulla gələn kütlə xidmətə görə deyil, "şansını yoxlamaq" üçün gəlir və şansı gətirmədiyi üçün bir daha qayıtmır. Nəticədə potensial keyfiyyətli müştəri bazası da itirilir. Çünki artıq markanın üstünə o bayağılıq, o əxlaq kodeksinin rəngi çökmüş olur və nəticədə üzü aşağı dinamika sərgiliyir".
Mütəxəssis iş təcrübəsində başına gələn hadisədən bəhs edərkən "1 dənə qız qoy partladacaq" strategiyasının cinayət tərkibli əməllərlə sonlandığını vurğulayıb: "Agentlik işlətdiyim dövrdə böyük bir restoran-pub ilə anlaşmışdıq və onlar üçün mükəmməl kontent strategiyası hazırlamışdıq. Nəticədə 1 həftə içində, hardasa 200-300 dollar büdcə ilə 60-70 masası olan məkanı hər axşam full doldurmağı bacarmışdıq. Həm də, ailəvi-mədəni yer konseptində. Sonra sahibkar dostlarının "1 dənə qız qoy partladacaq" məsləhəti üzrə tiktoker bir xanımı ofisiant olaraq işə götürdü və o xanım hətda öz tiktok profili üçün çəkdiyi videolarla məkanın müştəri profilini elə dəyişdi ki, artıq ailəvi-mədəni konseptdən tamam başqa səviyyəyə düşürdü profili. Nəticədə nə oldu? Restoranın orta çeki birdən birə 100 neçə manatlardan 20 neçə manatlara düşdü. Çünki kontingent dəyişmişdi, masa sayı eyni idi və hər iki profildə də masa dolurdu. Bu xanımın təkidi ilə problemin bizdə olduğuna inanan rəhbərlik bizimlə sağollaşdı, bütün profilləri o xanıma həvalə etdi. Biz ayrılandan 1-2 həftə sonra eşitdim ki, həmin məkanda o xanımın üstündə elə böyük bir münaqişə yaranıb və cinayət tərkibli əməllər baş verərək polis basqınına məruz qalıb. Ondan 1 həftə sonra da məkan bağlandı heç kim risk edib gəlmək istəmədiyi üçün".
Ekspert əminliklə qeyd edib ki, güclü marketinq strategiyası olmaq əvəzinə bu cür qeyri-etik və bayağı strategiya üstündə qurulan bizneslər impulsiv olaraq satış əldə edə bilərlər, amma uzunmüddətli dövrdə markanı, biznesi uçuruma və ya müflisliyə aparıb çıxaracaq.
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 Yanvar 2026 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















