Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək
Icma.az, Yeniavaz portalına istinadən məlumatı açıqlayır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Məşğulluq Agentliyinin Aparatı və Mərkəzi filialları üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Gülnarə Sultan qızı İbadova (VÖEN – 1605375812) olub.
Məşğulluq Agentliyi Gülnarə İbadovaya məxsus 8 335 kvadratmetr qeyri-yaşayış sahəsini 2 il müddətinə icarəyə götürəcək və icarə haqqı olaraq 2 milyon 998 min 599 manat 60 qəpik ödəyəcək.
Məlumatlardan da göründüyü kimi, Lənkəran-Astara Regional Məşğulluq filialı üçün ofis sahəsinin aylıq icarə haqqı 125 min manat təşkil edəcək.
Onu da qeyd edək ki, Məşğulluq Agentliyi ötən ilin yanvar və may aylarında da Gülnarə Sultan qızı İbadovadan Bakı və Lənkəran şəhərlərində ofis icarəyə götürüb.
Məşğulluq Agentliyinin Lənkəran-Astara Regional Məşğulluq filialı üçün 400 kvadratmetr qeyri-yaşayış sahəsi 3 il müddətinə icarəyə götürülüb və icarə haqqı olaraq 133 min 200 manat ödənilib. Bundan başqa, Agentliyin Aparatı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi də Gülnarə İbadova olub. Məşğulluq Agentliyi Gülnarə İbadovaya məxsus 8 335 kvadratmetr qeyri-yaşayış sahəsini icarəyə götürüb və icarə haqqı olaraq 1 milyon 499 min 299 manat 80 qəpik ödəyib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü Bu dəfə Lənkəranda
30 May 2025 14:05
Dövlət Məşğulluq Agentliyi Gülnarə İbadovadan ofis icarəyə götürüb 1.5 milyon manata
15 Fevral 2025 19:44
Məşğulluq Agentliyi yenə ofis icarəyə götürür Bu dəfə 1,5 milyon manata
30 Yanvar 2025 15:18
Baxış sayı:166
Bu xəbər 06 Yanvar 2026 10:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















