Məşhur ada satışa çıxarıldı İnanılmaz qiymət
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yunanıstanın Dodekanes arxipelaqında yerləşən Strongylo adası 5 milyon dollar ilkin qiymətlə satışa çıxarılıb.
"Bakupost" Globalinfo.az-a istinadən xəbər verir ki, Egey dənizində yerləşən ada şəxsi mülklərin satışı üzrə ixtisaslaşmış beynəlxalq daşınmaz əmlak platformasında siyahıya daxil edilib.
Strongylo adası toxunulmamış təbiəti və üç təbii çimərliyi ilə diqqət çəkir. Yunanıstan mediasının məlumatına görə, ərazi həm lüks yaşayış məkanı, həm də turizm sahəsinə investisiya yatırmaq istəyənlər üçün əlverişli hesab olunur.
Təxminən 219 min kvadratmetr əraziyə malik ada Lipsi adasının şimalında, Arki adaları qrupunda yerləşir. Patmos və Leros adalarına yaxın olsa da, Strongyloya yalnız dəniz yolu ilə çatmaq mümkündür.
Qeyd edək ki, ada əvvəllər məşhur aktyor Conni Depplə bağlı xəbərlərdə də gündəmə gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 18 Oktyabr 2026 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















