Məşhur aktrisa səs küylü boşanmasına görə filmdən çıxarılıb
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məşhur Amerika aktrisası Qvinet Peltrou etiraf edib ki, "Coldplay" qrupunun vokalisti Kris Martin ilə boşanması səbəbindən bir filmdən çıxarılıb.
Qaynarinfo xəbər verir ki, "Sevimli Şekspir" və "Avengers" filmlərinin ulduzu bu barədə "Good Hang” podkastında danışıb.
Aktrisa deyib ki, filmin yaradıcıları (filmin adını açıqlamayıb) həmin vaxt onu çox emosional hesab ediblər.
"Kris ilə rəsmi şəkildə ayrıldıqdan dərhal sonra bir filmə çəkilməli idim və mətbuatda çox sərt bəyanatlar verildi. Düşünürəm ki, distribyutor belə düşündü: "O, çox həyəcanlı ola bilər, ona toxunmaq risklidir" və məni işdən çıxardılar", deyə Qvinet Peltrou bildirib.

Qeyd edək ki, aktrisa boşanmasını 2014-cü ildə açıqlamışdı. Həmin vaxt Qvinet Peltrou bildirib ki, bu mövzuya çox bağlı idi və ayrılıq dövrünü çətin keçirmişdi.
Hazırda Qvinet Peltrou yeddi ildir televiziya prodüseri Brad Falçuk ilə evlidir. Ötən il cütlük arasında münasibətlərdə böhran olduğu barədə şayiələr dolaşırdı.
Məbələr bildirir ki, cütlük aralarında gərginlik görünür, çünki Qvinet Peltrou aktyorluq karyerasına aktiv şəkildə qayıdır, Falçuk isə Los-Ancelesdə yeni layihələr üzərində çalışır. Lakin cütlük bu ehtimalları rəsmi şəkildə şərh etməyib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 07 Yanvar 2026 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















