Məşhur aktrisa təyyarədə aləmi bir birinə qatdı Yaralılar var
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Məşhur amerikalı aktrisa Selma Bleyer Los-Ancelesdən Nyu-Yorka uçan təyyarədə baş verən insidentdən sonra saxlanılıb. Aktrisa təyyarənin qapısını açmağa cəhd etməkdə, bir stüardessanı yumruqlamaqda və digərini dişləməkdə ittiham olunur.
“Qafqazinfo”nun xəbərinə görə, hadisə “Delta Air Lines” aviaşirkətinə məxsus reysdə baş verib.
Məlumata görə, 54 yaşlı Selma Bleyer uçuş zamanı qarışıqlıq yaradıb və təyyarənin qapısını açmağa çalışıb. İddialara əsasən, o, müdaxilə edən ekipaj üzvlərindən birinə yumruq vurub, digərini isə dişləyib.
Təyyarə Nyu-Yorkdakı Con Kennedi beynəlxalq hava limanına endikdən sonra hadisə yerinə polis çağırılıb. Rəsmilərin bildirdiyinə görə, iki stüardessa xəsarət alıb, onlardan biri əlavə müayinə üçün xəstəxanaya aparılıb. Selma Bleyer də saxlanıldıqdan sonra tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.
Selma Bleyerin nümayəndəsi hadisənin təcili tibbi vəziyyətlə əlaqəli olduğunu bildirib. Onun sözlərinə görə, təyyarə eniş etdikdən sonra aktrisaya dərhal tibbi yardım göstərilib və vəziyyətinin stabil olduğu qeyd olunub.
“Delta Air Lines” sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyinin şirkət üçün prioritet olduğunu, qayda pozuntularına dözümlülük göstərilmədiyini bəyan edib. ABŞ Federal Təhqiqat Bürosu (FTB) da hadisə ilə bağlı araşdırma aparıldığını təsdiqləyib.
Qeyd edək ki, Selma Bleyer 2016-cı ildə Meksikanın Kankun şəhərindən Los-Ancelesə uçan təyyarədə baş verən hadisə ilə də gündəmə gəlmişdi. Həmin vaxt aktrisa üzr istəyərək spirtli içki və dərman qəbulunun huşunu itirməsinə və davranışlarına nəzarəti itirməsinə səbəb olduğunu bildirmişdi.
2018-ci ildə Selma Bleyerə dağınıq skleroz diaqnozu qoyulub. Hazırkı insidentin dəqiq səbəbi isə hələlik açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 13 Oktyabr 2026 04:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















