Məşhur aktyor əfsanəvi Xaç Atasıobrazında Hamını heyrətləndirdi /FOTOLAR
Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.
Məşhur Hollivud aktyoru Billi Zeyn korifey sənətkar Marlon Brando haqqında çəkilən filmdə ölməz “Xaç Atası” filmindəki mafiya başçısı obrazını yaradıb.
Azpost.info bildirir ki, “Brando ilə vals edərkən” adlı filmin rejissoru Bill Fişmandır. Film Bernard Cacanın 2011-ci ildə yazdığı kitab əsasında çəkilib.
Billi Zeyn filmdə heyrətamiz dərəcədə mərhum Marlon Brando obrazını yarada bilib. 58 yaşlı aktyor “Xaç Atası” filmindəki Vito Korleone obrazında görünür. Tanınmaz dərəcədə dəyişən Zeyn qara smokinqdə, ağ köynəkdə və yaxalığa taxımış qızılgüldə təqdim olunur.
Marlon Brando 2004-cü ildə 80 yaşında vəfat edib.
Filmin dünya premyerası Turində keçiriləcək kinofestivalında olacaq.
Billi Zeyn “Titanik” filmində oynadığı rolu ilə məşhurdur. O, həmçinin bir çox digər tanınmış filmlərdə çəkilib.
Marlon Brando 20-ci əsrin ən böyük amerikan kino aktyorlarından sayılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 07 Noyabr 2024 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















