Məşhur aktyor fahişə çağırdığına görə cərimələndi
Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Evdə tək” filmindəki rolu ilə tanınan amerikalı aktyor və yumorist Daniel Stern fahişə çağırdığına görə cərimələnib.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, 68 yaşlı Daniel Stern Kaliforniya ştatının Kamariyo şəhərində yerləşən hotellərdən birində polis tərəfindən saxlanılıb.
Aktyor hüquq-mühafizə orqanlarının diqqətinə eskort xidmətindən istifadə etməyə cəhd göstərdiyi üçün düşüb. Ona fahişəliyə cəlb etmə maddəsi ilə ittiham irəli sürülüb. Nəticədə Daniel Stern polis bölməsinə aparılmayıb və yalnız cərimə ilə canını qurtarıb.
Qeyd edək ki, Daniel Stern iki hissədən ibarət “Evdə tək” komediya filmində quldur Marv roluna görə geniş tanınıb. Hazırda o, aktyorluq karyerasını ikinci plana keçirib. Sənətçi bronz heykəltəraşlıqla məşğul olur və Kaliforniyada ailəsinə məxsus rançoda mandarin yetişdirir.
Baxış sayı:27
Bu xəbər 13 Yanvar 2026 13:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















