Məşhur aktyor Niels Arestrup vəfat ETDİ
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Fransanın məşhur aktyoru, üç dəfə "César" mükafatına layiq görülmüş Niels Arestrup 75 yaşında vəfat edib. Bu barədə onun ailəsi məlumat yayıb.
Redaktor.az-ın məlumatına görə, açıqlamada qeyd olunub ki, aktyor Paris yaxınlığındakı Ville-d'Avray şəhərindəki evində dünyasını dəyişib.
"Həyat yoldaşım Niels Arestrup uzun müddət xəstəliklə mübarizə apardı. O, ailəsinin sevgisi ilə əhatə olunmuş halda vəfat etdi" – deyə xanımı bildirib.
Danimarka əsilli Arestrup xüsusilə rejissor Jak Audiar ilə əməkdaşlığı ilə tanınırdı. O, Audiarın "Ürəyim Dayaq Tapmadı" (2005) və "Peyğəmbər" (2009) filmlərindəki rollarına görə ən yaxşı ikinci plan aktyoru nominasiyasında iki dəfə "César" mükafatına layiq görülmüşdü.
Seymur BƏNNAYEV
Baxış sayı:85
Bu xəbər 02 Dekabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















