Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Dini dəyərləri alçaltma” və "Prezidenti təhqir etmə” ittihamları ilə həbs edilən türkiyəli komediyaçı Deniz Göktaş barəsində ittiham aktı hazırlanıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun hazırladığı ittiham aktında Göktaşın üç ayrı cinayət üzrə məsuliyyətə cəlb olunması tələb edilib.
Prokurorluq onun 2 il 2 aydan 9 il 8 ayadək müddətə azadlıqdan məhrum edilməsini istəyib.
İttiham aktında Göktaşın iyunun 24-də "Ölü Deniz” adlı "YouTube” proqramında səsləndirdiyi ifadələrə yer verilib. Bildirilib ki, onun çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı ifadələri tənqid sərhədlərini aşaraq dövlət başçısının şərəf, ləyaqət və nüfuzuna xələl gətirəcək xarakter daşıyıb.
Bundan başqa, Göktaş "xalqı kin və düşmənçiliyə təhrik etmək və ya aşağılamaq” və "cinayəti və cinayətkarı tərifləmək”də ittiham olunur.
İttiham aktında onun oruc tutan şəxslərlə bağlı səsləndirdiyi ifadələrin də xalqın dini baxımdan fərqli xüsusiyyətlərə malik bir hissəsini digər hissəsinə qarşı kin və düşmənçiliyə açıq şəkildə təhrik etdiyi bildirilib.
Göktaşın başqa bir videosunda İslam dininin müqəddəs kitabı olan "Qurani-Kərim”lə bağlı ifadələr iş üzrə materiallara daxil edilib.
Həmçinin onun dənizə haşema ilə girən qadınlarla bağlı sözləri də ittiham aktında yer alıb. Sənəddə Göktaşın ifadəsində "dalğıc” sözü ilə dənizə haşema ilə girən qadınları nəzərdə tutduğunu etiraf etdiyi qeyd olunub.
Qeyd edək ki, prokurorluğun tələb etdiyi cəza məhkəmənin yekun qərarı deyil. Son qərarı məhkəmə verəcək.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 04 Sentyabr 2026 16:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















