“Məşhur aktyorla məşhur aşpaz arasında 5 milyonluq məhkəmə qalmaqalı!” VİDEO
Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin məşhur komediya aktyoru Şafak Sezer, sosial şəbəkələrdə icazəsiz yayımlanan reklam videosuna görə restoranlar şəbəkəsinin sahibi və fenomen CZN Burak (Burak Özdemir) barəsində hüquqi proses başladıb.
Tribunainfo.az Ekol TV-yə istinadən bildirir ki, Sezer-in çəkildiyi reklam çarxı Burak Özdemirin sosial media hesablarında onun razılığı və ödəniş müqaviləsi olmadan paylaşılıb.
Şafak Sezer-in vəkili bildirib ki, bu paylaşım həm mali, həm də mənəvi hüquqların pozulmasıdır. Reklam çarxının yayımı üçün nə yazılı razılıq, nə də ödəniş edildiyindən, bu hal “açıq hüquq pozuntusu” kimi qiymətləndirilir.
Sezer tərəfi Burak Özdemirə rəsmi xəbərdarlıq göndərib. Bildirilib ki, Fikir və Sənət Əsərləri Qanununun (FSEK) müvafiq maddələrinə əsasən, bu icazəsiz istifadə həm şəxsi hüquqların, həm də müəllif hüquqlarının pozulmasıdır.
Reklam çarxının Özdemirin milyonlarla izləyicisi olan sosial media platformalarında kommersiya məqsədilə istifadəsi də iddia səbəblərindən biridir.
Burak Özdemirə 15 gün müddətində videonu silmək və pozuntunu aradan qaldırmaq üçün vaxt verilib. Əks halda hüquqi prosedurlar davam etdiriləcək.
İmran Kərimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 11 İyun 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















