Icma.az
close
up
RU
Məşhur aktyorun daha bir ideyası reallaşıb

Məşhur aktyorun daha bir ideyası reallaşıb

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Məşhur kino aktyoru Killian Merfi həyat yoldaşı ilə birlikdə biznes sahəsində daha bir ideyanı gerçəkləşdirib. Nəhayət ki, onların çoxdan arzuladıqları işlə bağlı danışıqlar baş tutub. Killian Merfi və onun xanımı İrlandiyada çox tanınmış tarixi bir məkanın - "Feniks" kinoteatrının sahibinə çevriliblər.
Reyting.az
xəbər verir ki, “Oskar” mükafatlı aktyor, "Oppenheymer" filminə görə daha da məşhurlaşmış Killian Merfi və irland əsilli Hollivud aktyorunun həyat yoldaşı, rəssam İvonn Makqinness İrlandiyanın Dinql şəhərindəki ötən əsrin tikintisi olan əfsanəvi "Feniks" sinema zalını satın alıblar. Onlar buna görə böyük sevinc hissi keçirdiklərini bildiriblər.
Xatırladaq ki, 1919-cu ildən fəaliyyətdə olan bu qədim kinoteatr İngiltərənin "Time Out" media qrupu və otellər şirkəti tərəfindən Böyük Britaniya ilə İrlandiyanın ən yaxşı 50 kino zalından biri seçilib.
Qeyd edək ki, sənətçi cütlük gələn il "Feniks" kinoteatrını təmir etməyi, həm də bu qədim binanı müstəqil film məkanı kimi qoruyub saxlamağı, funksionallığını multidisiplinar bir mədəniyyət mərkəzinə çevirməyi planlaşdırırlar.
İrlandiyada doğulub boya-başa çatan və uşaqlığından bəri "Feniks" kinoteatrının nümayişlərində iştirak edən Killian Merfi ümumiyyətlə, Dinql şəhəri üçün kinonun çox əhəmiyyətli olduğunu vurğulayıb. Aktyorun rəssam xanımı Makqinness isə deyib ki, "Feniks" sinema zalını keçmiş zamanlarda olduğu kimi, şəhərin mədəni həyatında oynadığı rolunu qaytarmaq və bu qədim kinoteatrın nüfuzunu bərpa etmək istəyirlər.
Üstəlik, məlum olub ki, "Feniks" Dinql yarımada şəhərində və İrlandiyanın qal dilli bölgəsində yeganə kinoteatrdır. Bu qədim kinoteatr tarixi boyu yanğınlardan və yenidənqurma işlərindən elə də ciddi zərər çəkmədən, çökmədən salamat qala bilib. Artıq sinema zalı uzun illərdir yerli ictimaiyyətin ayrılmaz hissəsinə çevrilib. Çünki zamanında bu qədim kinoteatrın səhnəsində məşhur musiqiçilər çıxış edib, hətta 1972-ci ildə bu rayonun ərazisində, "Feniks"-in zalında "Rayanın qızı" filminin çəkilişləri də aparılıb.
Bu arada, Hollivudun məşhur aktyorunu irəlidə böyük nümayişlər gözləyir. Hətta bu yaxınlarda məşhur zombi franşizasının davamı olmaqla, lentə alınan "28 il sonra" filminin çəkilişləri artıq başa çatıb. Yaxın illərdə isə "Şişpapaq avtoritetlər" filminin nümayişi planlaşdırılır.
Oqtay QORÇU

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:242
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Noyabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see380

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see323

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see304

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see279

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see273

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see264

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see251

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see245

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see239

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see228

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see215

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see202

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see201

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see197

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see196

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see194

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see190

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see182

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see180

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri