Məşhur aktyorun evində faciəvi hadisə: İşçi ağır yaralandı
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyəli aktyor Kıvanç Tatlıtuğun Göktürkdəki evində aparılan təmir işləri zamanı xarici ölkə vətəndaşı olan işçi damdan yıxılaraq ağır yaralanıb.
“Yeni Sabah” xəbər verir ki, hadisə zamanı yaralanan işçinin reanimasiyaya yerləşdirildiyi və olayla bağlı Tatlıtuğ haqqında şikayət verildiyi iddia edilib. Aktyorun vəkilindən isə məsələ ilə bağlı açıqlama verilib.
Vəkil bildirib ki, hadisə Kıvanç Tatlıtuğ və ailəsinin şəhərdən kənarda olduğu vaxt baş verib. Evdəki təmir işlərini həyata keçirən şirkətin rəhbəri işçini Tatlıtuğun və əməkdaşlarının məlumatı, icazəsi və razılığı olmadan əraziyə gətirib. Sezar pizza
Açıqlamada qeyd olunub ki, şirkət rəhbəri bu məsələni polisə verdiyi ifadəsində də təsdiqləyib və Tatlıtuğ barəsində qanunvericiliyə uyğun hər hansı araşdırma aparılmayıb.
Vəkilin sözlərinə görə, aktyor hadisədən xəbər tutduğu ilk gündən yaralanan şəxsin ailəsi ilə əlaqə saxlayıb, onun müalicəsi, xəstəxana xərcləri və yaxınlarının ehtiyacları ilə maraqlanıb.
Şirkət rəhbərinin məhkəmə nəzarəti şərti ilə sərbəst buraxıldığı bildirilib. Tatlıtuğun vəkili hadisəyə səbəb olan şəxslərlə bağlı ayrıca şikayət veriləcəyini və məhkəməyə müraciət ediləcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 14 Sentyabr 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















