Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi “Miami Vice '85” filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə “Habertürk” Nyu-York polisinin məlumatına istinadən xəbər yayıb.
Hadisə oktyabrın 23-də, yerli vaxtla saat 23:15 radələrində baş verib. Məlumata görə, çəkiliş meydançasında bir şəxslə 23 yaşlı Aleks Peres arasında mübahisə yaranıb. Mübahisə zamanı Peresin bıçaq çıxardığı bildirilir.
Hadisə yerinə gələn polis əməkdaşları şübhəlini saxlayaraq bıçağı müsadirə ediblər. İnsident zamanı heç kimin xəsarət almadığı açıqlanıb. Şübhəli şəxsə qarşı hədə-qorxu və qanunsuz silah saxlama ilə bağlı ittihamlar irəli sürüləcəyi bildirilir.
Maykl B. Cordanın hadisə zamanı çəkiliş meydançasında olub-olmadığı məlum deyil. Ostin Batlerin də rol aldığı filmin 2028-ci ilin mayında nümayişi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 26 Oktyabr 2026 01:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















