Icma.az
close
up
RU
Məşhur alim rektorun yeni müşaviri TƏYİN OLUNDU

Məşhur alim rektorun yeni müşaviri TƏYİN OLUNDU

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan elmi ictimaiyyətinin və beynəlxalq riyaziyyat elminin tanınmış simalarından biri, fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyev Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) rektorun müşaviri vəzifəsinə təyin olunub.

Bu barədə Modern.az-a universitetin mətbuat xidmətindən məlumat verilib.
"Bu təyinat ölkənin aparıcı mühəndis və memarlıq ali təhsil müəssisəsində akademik mühitin gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması və universitetin qlobal elmi şəbəkələrə inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır", - məlumatda deyilir.

Professor Məsud Əfəndiyev Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri olmaqla bərabər zəngin elmi fəaliyyəti, beynəlxalq miqyasda qazandığı nüfuz və akademik liderliyi ilə seçilir. O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) və Moskva Dövlət Universitetində təhsil alıb, Almaniyanın Münhen, Ştutqart və Berlin universitetlərində dərs deyib, Münhendə yerləşən nüfuzlu “Helmholtz” Elmi-Tədqiqat Mərkəzində uzun illər “Dinamik sistemlər” şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. Hazırda dünyanın aparıcı universitetlərində, o cümlədən Stanford, CalTech, Waseda, UofT, Waterloo, Şanxay, Sidney, Münhen Texniki Universitetlərində, eləcə də Riyaziyyatın “Məkkəsi” sayılan və Kanadanın Toronto şəhərində yerləşən Fields İnstitutunda “Distinguished Visiting Professor” statusunda fəaliyyət göstərir və tematik proqramlara rəhbərlik edir. Məlumat üçün bildirək ki, ABŞ-nin və Kanadanın aparıcı universitetlərinə “Distinguished Visiting Professor” statusunda bir qayda olaraq Nobel mükafatı laureatları və öz sahələrində fundamental nəticələr qazanmış alimlər dəvət olunurlar.

Onun elmi irsinə 180-dən çox beynəlxalq məqalə, dünyanın mötəbər nəşriyyatlarında çap olunmuş 8 kitab və yüksək indeksli jurnallarda nəşr edilmiş tədqiqatlar daxildir.

Məsud Əfəndiyev dünyanın bir sıra qabaqcıl elmi qurumlarının mükafatlarına – o cümlədən “Aleksander fon Humboldt” (Almaniya), “Japan Society for the Promotion of Science” (Yaponiya), “Otto Monsted” (Danimarka) və Kanadadakı Fields İnstitutunun ömürlük mükafatı kimi nüfuzlu təltiflərə layiq görülüb.

O, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 May 2025 13:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri