Məşhur amerikalı müğənninin sərvəti iki milyard dollara çatdı
Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Amerikalı müğənni Teylor Sviftin sərvəti iki milyard dollara çatıb.
Lent.az "Forbes" nəşrinə istinadən xəbər verir ki, bu barədə məlumat maliyyə, texnologiya, media, biznes, əyləncə və xeyriyyəçilik sahələrində "oyun qaydalarını dəyişən" liderlərin yer aldığı yenilənmiş "Iconoclast 50" siyahısında əks olunub.
Həmin siyahıda Donald Tramp, İlon Mask, Mark Zukerberq və Uorren Baffettlə yanaşı, şou-biznes və idman dünyasının tanınmış nümayəndələri də yer alıblar.
Sviftin sərvətinin artmasının əsas mənbələri 2023-2024-cü illərdə keçirilən və təxminən 2,2 milyard dollar gəlir gətirən "The Eras" turu, eləcə də yeni musiqi buraxılışları və əvvəlki kataloqunun yenidən nəşri olub.
Xüsusilə vurğulanır ki, müğənni turnenin uğurundan sonra orijinal səs yazılarının hüquqlarını təxminən 360 milyon dollara geri almaq üçün bağlanan müqaviləni şəxsən maliyyələşdirib.
Bununla belə, yüksək sərvətinə baxmayaraq, Teylor Svift hələlik dünyanın ən zəngin musiqiçisi hesab edilmir. "Forbes"un məlumatına görə, hazırda bu siyahıya təxminən 2,8 milyard dollarlıq sərvətlə Jay-Z liderlik edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 08 İyun 2026 06:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















