Icma.az
close
up
RU
Məşhur aparıcılarla bağlı TƏCİLİ QƏRARLAR Nələr baş verir?

Məşhur aparıcılarla bağlı TƏCİLİ QƏRARLAR Nələr baş verir?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Azərbaycanda bir çox populyar şou və sosial yönümlü TV proqramları efirdən çıxarılır. Xüsusən Xoşqədəm Hidayətqızı, Zaur Baxşəliyev, Zaur Kamal, Elgiz Əkbər, Zaur Nəbioğlu kimi tanınmış aparıcıların verilişlərinin yayımı dayandırılıb. Ümumilikdə ölkənin əsas telekanallarında sistemli dəyişikliklərin olacağı, yeni proqramların ortaya qoyulacağı bildirilir.

Bu prosesin pərdəarxasında nələr var?

Globalinfo.az-a danışan deputat Fazil Mustafa bildirib ki, indiki şərtlərdə sosial proqramların mövcudluğu cəmiyyətdəki problemlərin qabardılması baxımından faydalıdır:

“Amma bu proqramların həddən artıq ayrı-ayrı, şou xarakterli məcralara yönəldilməsi və orada qeyri-etik proseslərin körüklənməsi cəmiyyətdə müəyyən çağırışlara səbəb olub. Hesab edirəm ki, bu cür verilişlərin qalmasında problem yoxdur, sadəcə, alternativlər də olmalıdır. Əgər alternativlər olmayacaqsa, cəmiyyət yenidən bu tip proqramlara yönələcək. Biz ağıllı, düzgün alternativləri təqdim etməliyik. Əks halda, bu cür təsir imkanları effektli görünməyəcək. Yaranan boşluğu nə ilə dolduracaqsan? Əgər bu boşluğu analitik düşüncə verilişləri ilə doldurmaq istəsək də, bu yetərli olmaya bilər, çünki belə bir düşüncə yükünü daşıya biləcək potensial çox böyük deyil”.

Fazil Mustafa

Deputat əlavə edib ki, Azərbaycanda bayağılığın yükünü daşıyacaq potensial hədsiz böyükdür:

“Amma düşüncə platformasını təqdim edə biləcək say cüzidir. Belə vəziyyətdə televiziyalar bu subyektləri tapmaqda çətinlik çəkəcəklər. Eyni zamanda, fikir azadlığının hüdudlarına da diqqət yetirilməlidir. Əgər hüdudlar geniş olmazsa, cəlbedici və düşüncə azadlığına xidmət edə biləcək platforma yaratmaq çətin olacaq. Əgər belə bir platforma yaranarsa, televiziyaların verilişləri daha cəlbedici ola bilər. Əks halda, şou üslublu verilişlərin bağlanmasının yerini doldurmaq effekti çox böyük olmayacaq. Hər halda, bu məsələ mütəxəssislər tərəfindən müzakirə olunmalı və gündəmin əsas mövzularından birinə çevrilməlidir. Hesab edirəm ki, bu verilişlər sponsorsuz qalsa, bağlanmalı olacaqlar və bu da reallıqdır”.

Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri və media eksperti Müşfiq Ələsgərli isə bildirib ki, əyləncəli proqramların təşkil olunması medianın funksiyalarından biridir:

“Media həm maarifləndirmə, həm məlumatlandırma, həm də əyləndirmə funksiyalarını yerinə yetirən subyektlərdir. Lakin vacib məqam əyləndirmə prosesinin içində də maarifləndirmə və məlumatlandırma funksiyasının həyata keçirilməsidir. Şou proqramlarda belə ictimai məzmun və marağa xidmət edən elementlər olmalıdır”.

Müşfiq Ələsgərli

M.Ələsgərli əlavə edib ki, bu proqramların qeyri-peşəkar hazırlanması, ictimai marağa zidd mövzuların müzakirəyə çıxarılması, xüsusilə ailə və məişət məsələlərinin primitiv və ziyanlı formada təqdim olunması narahatlıq doğurur:

“Ona görə də Azərbaycanda şou proqramlarla bağlı efirdə yayılan materiallarda əsas narahatlıq bu hallarla bağlıdır. Ümumilikdə isə əyləncəli proqramların təşkili media fəlsəfəsinə zidd deyil. Problem bəzi televiziya verilişlərinin qeyri-peşəkar hazırlanması, ictimai əxlaq və düşüncəyə zidd mövzuların müzakirəyə çıxarılmasıdır. Bu səbəbdən şou proqramların efirdən yığışdırılması və onların yerinə keyfiyyətli verilişlərin təqdim olunmasına dair tələblər haqlı və vacibdir. Əslində Azərbaycanda bununla bağlı uğurlu nümunələr mövcuddur”.

M.Ələsgərli qeyd edib ki, əvvəllər Azərbaycanda şou proqramlarda cəmiyyəti maraqlandıran mövzular – siyasi, mədəni və məişət məsələləri faydalı və abırlı şəkildə müzakirəyə çıxarılıb:

“Hesab edirəm ki, həmin ənənələr bərpa olunmalı və indiki dövrün texnologiyalarından istifadə etməklə verilişlərin görüntü, keyfiyyət və məzmunu daha da artırılmalıdır. Yanlış fikir var ki, auditoriyanı cəlb etmək üçün yalnız bayağı verilişlər hazırlanır. Azərbaycanda efir mədəniyyəti və təcrübəsi mövcuddur. Ciddi və əhəmiyyətli məsələlər ətrafında siyasi və digər mövzularda şou proqramlar hazırlanıb və kifayət qədər auditoriya əldə edib. Düşünürəm, bu məsələdə ciddi addımlar atmağın vaxtı çatıb”.

Zaira Akifqızı
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see299

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see294

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see285

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see272

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see264

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see262

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see247

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see236

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see230

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see222

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see214

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see213

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see213

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see210

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see207

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see197

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see195

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see195

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see190

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri