Məşhur aparıcını zəhərlədilər Yanında bu Xalq artisti olub: Bakıda aeroportda...
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pünhan İsmayıllı illər öncə başına gələn xoşagəlməz hadisə ilə bağlı "Günaydın Azərbaycan"da açıqlama verib.
Milli.Az xəbər verir ki, məşhur toy aparıcısı, qiraətçi bildirib ki, İsraildə yaşayan bir məşhur iş adamının övladının toyuna dəvət aldığı ərəfədə halı qəfil pisləşib.
Vəziyyəti o həddə çatır ki, ayağa durub gəzməkdə çətinlik çəkir. Pünhan İsmayıllı bildirir ki, həmin ərəfədə boğazından bir tikə yemək, su da keçmirdi. Xalq artisti Gülyanaq Məmmədovanın təkidi ilə behini aldıqları toyu idarə etmək üçün İsrailə yola düşmək qərarı verirlər. Bakıda hava limanında Pünhanın vəziyyəti daha da pisləşir və ayaqyoluna keçərək orada qaytarır. Aparıcı-qiraətçi bildirib ki, elə həmin andan etibarən səhhəti gözlənilməz bir halda qəfil müsbətə doğru dəyişib.
Pünhan digər dəvət alan məşhurlarla birgə həmin toyu yüksək səviyyədə idarə edib, Bakıya döndüklərini deyib. Qiraətçi bildirib ki, vəziyyəti ilə bağlı bir neçə həkim müayinəsində olduqdan sonra hamısı eyni şeyi deyib: "Səni zəhərləyiblər".
Lakin Pünhan İsmayıllı bunun kim tərəfindən edildiyi ehtimalını efirdə açıqlamayıb. /titul.az
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 19 Dekabr 2024 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















