Icma.az
close
up
RU
Məşhur arıqlama dərmanlarında təhlükəli yan təsir aşkarlandı

Məşhur arıqlama dərmanlarında təhlükəli yan təsir aşkarlandı

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Wegovy” və "Ozempic” kimi məşhur arıqlama və şəkərli diabet əleyhinə dərmanlar çox nadir, lakin ciddi bir göz xəstəliyi riskini artırır. 

Qaynarinfo xəbər verir ki, Avropa Dərman Agentliyinin (EMA) dərman təhlükəsizliyi üzrə komitəsi bu barədə cümə günü rəsmi xəbərdarlıq yayıb.

Səbəb - görmə sinirinə təsir edən nadir xəstəlik

Söhbət semaglutid adlı aktiv maddədən gedir. Bu maddə "Ozempic”, "Wegovy” və "Rybelsus” dərmanlarının tərkibində yer alır. EMA-nın məlumatına əsasən, semaglutid görmə sinirinə qan axınının azalması ilə əlaqədar yaranan və daimi görmə itkisinə səbəb ola biləcək arteriyasız ön işemik optik neyropatiya (NAION) adlı nadir xəstəliyin yaranmasına səbəb ola bilər.

Yanvar ayında başlayan tədqiqat nəticəsində məlum olub ki, bu pozuntu hər 10.000 pasiyentdən birində baş verə bilər. Bundan əlavə, şəkərli diabetdən əziyyət çəkən və semaglutid qəbul edən şəxslərdə bu xəstəliyin yaranma ehtimalı dərmanı qəbul etməyənlərə nisbətən iki dəfə yüksəkdir.

Rəsmi təsnifat: çox nadir yan təsir

Avropa dərman tənzimləyiciləri dərmanın təlimat sənədlərində NAION-un "çox nadir” yan təsir kimi qeyd olunması üçün düzəlişlər təklif edib. Bu dəyişikliklərin qüvvəyə minməsi üçün Avropa Komissiyasının yekun qərarı gözlənilir.

Bu nə deməkdir?

Semaglutid əsasında hazırlanan dərmanlar son illər sürətlə populyarlaşaraq həm diabet, həm də artıq çəki ilə mübarizə aparmaq istəyənlər arasında geniş yayılıb. Lakin indi artıq bu dərmanların istifadəsi zamanı potensial görmə itkisi riskinin də nəzərə alınması vacibdir. Həkimlər bu cür preparatları təyin edərkən pasiyentləri bu nadir, lakin ciddi yan təsir barədə məlumatlandırmalıdır.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 İyun 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri