Məşhur aviaşirkət bayrama qədər bütün uçuşları ləğv edəcək
Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.
ABŞ-ın ən böyük aviaşirkəti "American Airlines" 25 dekabrda ABŞ-da qeyd olunan Milad ərəfəsində texniki nasazlıq səbəbindən bütün daxili reysləri ləğv edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
“Sizin təhlükəsizliyiniz bizim əsas prioritetimizdir. Problem həll edildikdən sonra sizi təhlükəsiz şəkildə təyinat yerinə çatdıracağıq”, - aviaşirkətin açıqlamasında bildirilir.
"Bloomberg" nəşrinin məlumatına görə, "American Airlines" şirkəti uçuşları üçün çəki və balans tələblərini hesablamağa mane olan proqram təminatı nasazlığı ilə üzləşib.
Baxış sayı:155
Bu xəbər 24 Dekabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















