Məşhur Avropa şəhərlərində turistlərə ikiqat vergi ŞOKU
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın Barselona şəhərində turistlər üçün tətbiq olunan verginin artırılması ilə bağlı yeni qərar qəbul edilib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, şəhər rəhbərliyi bu addımla həm turist axınını tənzimləməyi, həm də mənzil problemini yüngülləşdirməyi hədəfləyir.
Məlumata görə, Kataloniya Parlamentinin qərarına əsasən, otellərdə gecələyən turistlər üçün gündəlik verginin maksimal həddi apreldən etibarən 15 avro olacaq. Hazırda bu məbləğ 7,5 avro təşkil edir. Beləliklə, Barselona Avropada turistlər üçün ən yüksək rüsum tətbiq edən şəhərlər sırasına daxil olur.
Son illər bölgədə kütləvi turizmə qarşı narazılıq artmaqdadır. Yerli sakinlər bildirirlər ki, artan turist sayı kirayə qiymətlərinin yüksəlməsinə və mənzil çatışmazlığına səbəb olub. Şəhərdə keçirilən aksiyalarda da bu problem tez-tez gündəmə gətirilir.
Bundan əlavə, Barselona rəhbərliyi daha əvvəl də mənzil bazarına təsir edən qərar qəbul edib. Qərara əsasən, 2028-ci ildən başlayaraq mənzillərin qısa müddətli kirayəyə verilməsi qadağan ediləcək. Bu addımın əsas məqsədi yaşayış fondunu yerli əhali üçün əlçatan etməkdir.
Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 26 Fevral 2026 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















